Şənbə , İyun 27 2026
azfa

Azərbaycan Demokratik Firqəsinin yaranma tarixi qeyd edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Azərbaycan Demokratik Firqəsinin yaranması münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhim Hüseynzadə Azərbaycan Demokratik Firqəsinin 1945-1946-cı illərdə rəsmi orqanı olan “Azərbaycan” qəzetindən söz açmış, onun nömrələrinin toplandığı iki kitabı göstərərək, kitabda yer alan mövzulardan danışıb. O həmçinin Azərbaycan Demokratik Firqəsinin yarandığı zaman irəli sürən 12 şüarı da səsləndirib.

Cəmiyyət sədrindən sonra çıxış edən Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə də Demokratik Firqənin gördüyü işlərdən söz açmış, keçmiş tarix ilə yenidən tədbirdəkiləri tanış edib.

Həmçinin tədbirdə digər şəxslər də çıxış edərək, görülən işlərdən söz açıb.

Bildirək ki, tədbirdə Azərbaycan Demokratik Firqəsinin və “21 Azər” Hərəkatının ünlü simalarından sayılan Firidun İbrahimlinin 100 illiyi ilə bağlı olaraq müsabiqə elan edilib.

 

Həmçinin yoxlayın

Dey ayı etirazlarında saxlanılan təxminən 30 nəfər Saveh həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: 1404-cü ilin dey ayı etirazları zamanı saxlanılan və hazırda Mərkəzi ostanın Saveh Mərkəzi Həbsxanasında …

Ərşad Salihi Cənubi Azərbaycan türklərinin Türk Dünyası toplantılarında iştirakını istəyib-Video

GADTB: İraq Türkmən Cəbhəsinin keçmiş sədri və İraq türkmənlərinin tanınmış siyasi simalarından olan Ərşad Salihi, …

Bir cavab yazın