Cümə axşamı , İyul 30 2026
azfa

Rusiya Təbriz görüşünün İran adlanan ölkənin Tehrana dəyişdiyini etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya rəsmisi Təbrizdə üçtərəfli görüşün İran adlanan ölkə tərəfindən Tehrana dəyişdiyini etiraf etdi .

Qeyd edək ki, Türkiyə, Rusiya və İran adlanan ölkənin prezidentlərinin Suriya ilə bağlı sentyabrda keçiriləcək üçtərəfli görüşü Təbriz şəhərində baş tutmalı idi. Lakin hazırlıq işlərinin getdiyi bir vaxtda görüşün yeri irqçi fars rejimi tərəfindən Təbrizdən Tehrana dəyişdirildi. Bu dəyişikliyə səbəb isə Azərbaycan türklərinin Türkiyə prezidenti Ərdoğanı qarşılamaya qərar verməsi olub.

Məsələyə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov avqustun 31-də münasibət bildirib: “Rusiya, Türkiyə və İran prezidentləri sentyabrın 7-də Tehranda görüşəcək.”

D.Peskov bildirib ki, görüşün yerinin Təbrizdən Tehrana dəyişdirilməsi İran rəsmilərinin istəyi əsasında baş verib.

D.Peskov Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüş keçirəcəyinə dair yayılan xəbərləri də təsdiqləyib.

İlk öncə İran və Türkiyə rəsmiləri üçtərəfli görüşün Təbrizdə keçiriləcəyi haqda açıqlama vermişdir. Qərarın gözlənilməz şəkildə dəyişməsi Güney Azərbaycanın ictimai-siyasi gündəmi ilə tanış olan insanlar üçün gözlənilən hadisə idi.

Görüşün yerinin dəyişdirilməsi ilə bağlı xəbər İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə gözlənilməz səfərindən sonra açıqlanıb.

 

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …

Bir cavab yazın