Çərşənbə axşamı , May 19 2026
azfa

Azərbaycan İran Kəşfiyyat Nazirliyinin 853 saylı Xüsusi Təyinatlı Bölməsinin işində əsas prioritetlərdən biridir

GADTB: İndiyədək bu bölmə haqqında məlumat açıqlanmayıb. Onun haqqında ötən ilin noyabrında Tanzaniyada saxlanılan İran Kəşfiyyat Nazirliyinin zabitinin ifadəsindən məlum olub. Həmin şəxsin dindirilməsinin videosu İranın müxalif İran İnternational internet saytının farsca versiyasında yerləşdirilib.

853 saylı xüsusi təyinatlı bölmə kəşfiyyat məlumatlarının toplanması və xaricdə xüsusi əməliyyatların aparılması ilə məşğuldur – şöbələr coğrafi prinsip üzrə formalaşır. Prioritetlər arasında Azərbaycandan başqa İsrail, Səudiyyə Ərəbistanı və ABŞ var.

Saxlanılan iranlının ifadəsinə görə, bütövlükdə İranın ETTELAAT Nazirliyinin tərkib hissəsi kimi 853 saylı Xüsusi Təyinatlı Bölmə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat orqanları ilə ciddi rəqabət şəraitində fəaliyyət göstərir.

Saxlanılan şəxsin 45 yaşı var. O, ömrünün 15 ilini ETTELAAT Nazirliyində çalışıb. Onun Tanzaniyadakı vəzifəsi yerli hakimiyyət orqanlarına sızmaq və Qərbin hədəf və maraqlarına qarşı əməliyyatlar aparmaq məqsədilə gizli şəbəkə yaratmaqdan ibarət olub. Məxfi əməkdaşlığa cəlb edilən əsas hədəf və mühit Bəluç icması olub, hansı ki, əslən İranın cənub-şərqindən və Pakistandan olan və hazırda Tanzaniyada yaşayan insanlardır./ Azad İran

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …