Çərşənbə axşamı , Avqust 4 2026
azfa

ABŞ və İran arasında böyük razılaşmanın ilkin detalları açıqlanıb

GADTB: Yayılan məlumatlara görə, ABŞ və İran İslam Respublikası arasında aparılan danışıqların ilkin mətn layihəsi hazırlanıb və tərəflər sanksiyaların azaldılması, Hörmüz boğazının yenidən açılması və atəşkəsin uzadılmasını nəzərdə tutan sənədin imzalanmasına yaxınlaşıblar.

Məlumata əsasən, ABŞ prezidenti Donald Trampın “yaxın zamanda imzalana biləcək razılaşma” kimi xarakterizə etdiyi sənəd Hörmüz boğazının dərhal açılmasını, bəzi sanksiyaların mərhələli şəkildə yumşaldılmasını və tərəflər arasında atəşkəs rejiminin 60 gün müddətinə uzadılmasını ehtiva edir.

Bildirilir ki, ilkin mətn Qətər və Pakistanın vasitəçiliyi ilə hazırlanıb və yekun imzalanacağı təqdirdə “İslamabad razılaşması” adlandırılacaq.

Məlumatlı mənbələrə istinadən yayılan xəbərlərə görə, Tehran nüvə silahı istehsalına yönəlməyəcəyini öhdəsinə götürəcək və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə anlaşma əldə etməyə çalışacaq.

Bunun qarşılığında ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini dayandıracağı, müvəqqəti sanksiya istisnaları çərçivəsində İran neftinin satışına imkan yaradacağı bildirilir. Həmçinin İranın dondurulmuş maliyyə aktivlərinin bir hissəsinə məhdud çıxışının təmin edilməsi məsələsinin də müzakirə olunduğu qeyd edilir.

Bununla belə, Trampın həftəsonuna qədər razılaşmanın imzalana biləcəyi barədə açıqlamalarına baxmayaraq, İran rəsmiləri bu məsələ ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyini bildiriblər.

Həmçinin yoxlayın

Terrorçu SEPAH son 50 gündə neft və neft-kimya ixracından təxminən 6 milyard dollar gəlir əldə edib

GADTB: “Nüvə Silahlı İrana Qarşı Birlik” (United Against Nuclear Iran – UANI) təşkilatı bildirib ki, …

Mayk Pens: ABŞ və İsrail işi başa çatdırmalıdır

GADTB: ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens İran İslam Respublikasına qarşı hərbi əməliyyatların genişləndirilməsinə çağırıb və …