Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Qərbi Azərbaycanda elektrik çatışmazlığı nəticəsində 208 idarə işıqsız qalıb

GADTB: İranda elektrik çatışmazlığı böhranının yenidən başlaması ilə eyni vaxtda Qərbi Azərbaycan əyalətində 208 idarəyə elektrik enerjisinin verilişi dayandırılıb.

Buna səbəb kimi istehlak qaydalarına əməl edilməməsi və elektrik enerjisindən istifadədə israfçılığa yol verilməsi göstərilib.

Bundan əvvəl İran Ticarət Palatasının Enerji Komissiyasının rəhbəri Arəş Nəcəfi

iyun ayının ikinci yarısından sonra ölkədə elektrik enerjisinin verilişində kəsintilər yenidən başlayacağını bildirmişdi.

O, bu il təxminən 12.000 meqavat elektrik enerjisi çatışmazlığı olacağını proqnozlaşdırdıqlarını qeyd edib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …