Cümə axşamı , İyun 25 2026
azfa

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti aylarla davam edən həbsdən sonra “Səna” sistemi vasitəsilə göndərilən bildiriş əsasında Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinə çağırılıblar. Bildirişə əsasən, onların işi üzrə məhkəmə iclası 1405-ci ilin 9 xordad tarixində keçiriləcək.

Hazırda Evin həbsxanasının 7-ci bölməsində karantində saxlanılan Abbas Lisani və Yusif Kari ailələri ilə əlaqə zamanı bu “qanunsuz və əvvəlcədən hazırlanmış məhkəmə nümayişində” iştirak etməyəcəklərini bildiriblər. Hər iki fəal işin gedişatını “ədalətsiz” adlandıraraq istintaq prosesində iştirakdan imtina etdiklərini açıqlayıblar.

Eyni zamanda, Yusif Kari üçün 6 milyard tümən məbləğində girov müəyyənləşdirilib və azadlığa buraxılması üçün inzibati prosedurlar tamamlanıb. Lakin yaxınlarının sözlərinə görə, təhlükəsizlik qurumları onun sərbəst buraxılmasına mane olub və girov qərarı yenidən həbs qərarı ilə əvəzlənib.

Qeyd olunur ki, həmin dörd fəal 1404-cü ilin aban ayında Evin həbsxanasının qarşısında saxlanılmışdılar. Onlar daha sonra Kəşfiyyat Nazirliyinin təcridxanasına aparılmış və orada döyülmə, uzun müddət təkadamlıq kamerada saxlanılma, həmçinin tibbi yardımdan məhrum edilmə halları ilə üzləşdiklərini bildirmişdilər.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …