Azərbaycan Ordusu “azad artsax” “abidəsini” sökdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində, rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan separatçıların uzun illərdir fəxrlə “abidə” adlandırdıqları, “göz bəbəyi kimi” qoruduqları “azad artsax sizi salamlayır” nişanı sökülüb.

Bu barədə ermənişünas İsmayıl Tanrıverdi məlumat yayıb.

O bildirib ki, Ermənistandan Laçın yoluna girərkən qoyulan bu yol nişanı və ətraf ərazilər artıq Ordumuzun nəzarətindədir. Qeyd edək ki, Ordumuz yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar sözügedən rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş ərazini nəzarətə götürüb

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …