Çərşənbə axşamı , May 18 2021
azfa

Azərbaycan ordusunun 100 illiyi ilə bağlı Bakıda möhtəşəm hərbi parad keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.

Azadlıq meydanına toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşılayıblar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edən şəxsi heyəti salamlayıb.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.

Qeyd edək ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edir.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunur.

Paradda, həmçinin, Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edir.

***

Bakıda keçirilmiş möhtəşəm hərbi parad uğurla sona çatıb.

 

Həmçinin yoxlayın

Türkiyə yanvarın 1-dən indiyədək 1070 PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  “Yanvar ayının 1-dən indiyədək Türkiyə Silahlı Qüvvələri tərəfindən …

Azərbaycanlılara Gürcüstanda svanların hücumu təxribatdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Dmanisidə Svanetidən …

Bir cavab yazın