Azərbaycanın tarixi şəhəri Həmədan Asiyanın turizm paytaxtı seçilib

GADTB-nin mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu barədə qərar Kambuciyanın paytaxtında verilib. Məlumata görə, 2018-ci ildə Həmədan Asiyanın turizm paytaxtı elan olunacaq. Bununla da 34 Asiya ölkəsinin turizm nazirləri Həməda görüşəcəklər.

Həmədan vilayətinin Turizm, Əl Sənayesi və Mədəni irs Təşkilatının direktoru Əli Malmir isə deyib ki, keçən il Həmədan Beynəlxalq Turizm Konvasiyasına ev sahibliyi etdi. Bu il də Həmədan Asiyanın turizm paytaxtı seçildi və Turizm Təşkilatının üzvlərinin bu şəhərdə iclasının keçirilməsi vilayətin turizm potensialının genişlənməsi və tanıtdırılmasına mühüm rol oynayacaq.

Qeyd edək ki, Həmədan Azərbaycan ən qədim ərazilərindəndir və İran rejimi inzibati ərazi bölgüsü adı ilə Azərbacanın bu bölgəsindən Azərbaycan adını götürmüş və bu ərazilərdə ayrıca bir vilayət yaratmışdır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarov “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …