Cümə axşamı , İyun 25 2026
azfa

Azərbaycanın yanğın-xilasetmə qüvvələrindən ibarət dördüncü qrupu Türkiyəyə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına çatıb.

200-dən artıq şəxsi heyət gətirən təyyarə Muğlanın Dalaman Hava Limanına eniş edib.

Şəxsi heyət bu gündən etibarən yanğınların söndürülməsi işlərinə cəlb olunacaq.

Qeyd edək ki, yanğınla mübarizə məqsədilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasında fəaliyyətini davam etdirir.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …