Cümə axşamı , Dekabr 26 2024
azfa

Azərbaycanlı fəal Müctəba Pərvin mülki vəsiqə qarşılığında zaminə buraxıldə

2018-ci il oktyabr ayının 9-da Ərdəbil şəhərində işğalçı və irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvinə rejimin Ərdəbil şəhərində yerləşən ümumi və inqilab prokraturasının12-ci şöbəsində şərləndiyi ittiham elan edilmişdir. Fəaın müvəqqəti zaminə buraxılması üçün isə 15 milyon tümənlik vəsiqə təyin edilmişdir. Azərbaycanlı fəal göstərilən məbləğə aid əmək haqqı üçün sənəd girov qoymaqla zaminə buraxılıb.

Azərbaycanlı fəal şərlənərək “ümumi asayişi pozmaqda və sistem əlehinə çalışmaq”da ittiham edilib. Lakin fəal bu ittihamla razılaşmayıb istintaq iclasının protokoluna qol çəkməyib.

4-5 saat davam edən ilkin istintaqdan sonra prokrorluğa köçürülüb. Nəhayət fəal müvəqqəti zaminə buraxılıb.

Qeyd edək ki, rejimin təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün oktyabrın 9-da Muctaba Pərvinin ata evinə gəlmiş və məhkəmə hökmü təqdim etdikdən sonra onu yaxalayıblar.

Rejimin məmurları qanunsuz olaraq evdə axtarış aparmaq istəyiblər. Lakin fəalın ailə üzvləri buna icazə vermədiyi üçün onlar Muctaba Pərvini yaxaladıqdan sonra evi tərk ediblər.

Muctaba Pərvin yayın ortalarında Savalan dağına çıxarkən daha bir neçə fəalla birlikdə yaxalanaraq, bir gün saxlanılıb.

Muctaba Pərvindən əlavə onun iki qardaşı Murtaza və Mustafa Pərvin də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə yaxalanaraq, təzyiqə məruz qalıblar. Rejimin təhlükəsizlik orqanları hətta fəalların peşə fəaliyyətinə də mane olublar. Mustafa Pərvinin “Şirvan dərəsi” rəsm sərgisi rejimin təhlükəsizlik orqanlarının müdaxiləsi ilə ləğv edilərək, sərginin keçirilməsinə icazə verilməyib.

 

Həmçinin yoxlayın

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Fransaya xəbərdarlıq etdi

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını …

Bir cavab yazın