Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İran adlanan ölkənin sutkalıq neft ixracı kəksin azalmaqda davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın sanksiyaları hələ tam tətbiq edilmədən İran adlanan ölkənin sutkalıq neft ixracı kəksin azalmaqda davam edir.

Bu barədə mərkəzi ofisi Osloda yerləşən “Rystad Energy” konsaltinq şirkəti məlumat yayıb. Bildirilir ki, buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardır. İrandan neft ixracı sentyabr ayında sutkalıq 1,7 milyon barrelə düşüb. Oktyabr ayının ilk həftəsində isə İranın neft ixracı sutkada 1,1 milyon barrel təşkil edib.

Xatırladaq ki, İranın gündəlik neft ixracı aprel ayında 3 milyon barreli ötmüşdü.

Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına da sanksiyalar tətbiq edəcək.

 

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın