Azərbaycanlı fəallar Sulduzda May qiyamının şəhidləri andılar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlı milli-mədəni fəallar May qiyamında şəhidlərini anıblar.

Bu məqsədlə çox sayda azərbaycanlı milli-mədəni fəal və Azərbaycan şəhidlərinin yaxınları Tehran rejiminin silahlı qüvvələri tərəfindən şəhid edilmiş fəalların məzarı başına toplaşıblar.

Bir neçə gün öncədən isə itqçi fars rejimin ETTELAAT İdarəsi Sulduzda azərbaycanlı milli-mədəni fəalları idarəyə çağıraraq hədə-qorxu gəlib və onlara xəbərdarlıq etmişdilər ki, şəhidlərə anım mərasimində iştirak etməsinlər. Lakin rejimin bütün hədə-qorxuların rəğmən Sulduzda Azərbaycan şəhidləri anıldı.

Qeyd edək ki, 2006-cı ilin may ayında Güney Azərbaycanda milli qiyam baş vermişdi. Bütün əhali İran rerjiminin rəsmi orqanı olan “İran” qəzetində Azərbaycan türklərinə təhqir etmələrinə etiraz etmişdilər. Rejim qəddarlıqla qiyamı yatırmış və çox sayda azərbaycanlını gülləboran edərək şəhid etmişdir.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …