Şənbə , May 30 2026
azfa

Azərbaycanlı fəallar Təbriz və Ərdəbildə türk kitabları payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz və Ərdəbil şəhərlərində azərbaycanlı milli-mədəni fəallar fevralın 3-də təbiət günündə azərbaycanlı uşaqlara türk dilində çap edilmiş kitablar paylayıblar.

Onlar bu aksiya ilə İranda son zamanlar kəskinləşən fars irqçiliyi və Azərbaycan dili və mədəniyyətinə ayrıseçkiliyə etirazlarını bildiriblər.

 Azərbaycanlı fəallar uşaq kitabları, o cümlədən “Yoldaşlıq”, “Yaşasın vətən” və “Yeddi yoldaş”  türkcə nağı kitablarını Təbriz və Ərdəbildə uşaqlar arasında paylayıblar.

Azərbaycanlı fəallar həmçinin əhaliyə 21 fevral Ana Dili Günü,  türk dilinin önəmi, onun İranda tədris olunmasının vacibliyini bildirən məarifləndirici bildirişlər də paylayıblar.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …