Azərbaycanlı gənc “müharibə” və fəsad törətmək ittihamı ilə Evin zindanında həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı gənci “müharibə” və fəsad törətmək ittihamı ilə Evin zindanında həbsdə saxlayır.

34 yaşlı Səccad İmannejad 2022-ci il oktyabrın 8-də Tehranda keçirilən etirazlar zamanı həbs edilib və Evin zindanının təcridxanasına köçürülüb.

Fiziki işgəncələr nəticəsində azərbaycanlı gəncin başına ağır zərbə endirilib və qabırğaları sınıb, bədəninin bir çox nahiyələri əzilib.

Qeyd edək ki, Səccad İmannejad əvvəlcə “toplaşmaq və əlbir olmaq, ictimai asayişi pozmaq və soyuq silahla hakimiyyətə qarşı çıxmaq”da ittiham olunsa da, bu yaxınlarda Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində edamla cəzalandırılan “müharibə” və fəasd törətmək ittihamları ilə mühakimə olunub.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …