Şənbə , May 30 2026
azfa

Azərbaycanlı milli fəal Kərim İsmayılzadə Təbrizdə İran rejiminin zindanına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə azərbaycanlı milli fəal və idmançı Kərim İsmayılzadəni zindana köçürülüb.

Zindanda azərbaycanlı milli fəal Kərim İsmayılzadə noyabrın 11-də ailəsi ilə qısa telefon danışığı zamanı ağır durumda olduğunu və müalicəsinə imkan vermədiklərini bildirib.

Azərbaycanlı idmançı bundan öncə də yaxalandığı zaman işgəncə edilib və sağlıq durumunda ciddi problemlər yaranıb. O ürək və əsəb dərmanları qəbul edir və ailəsindən dərmanlarının ona çatdırılmasını istəyib.

Qeyd edək ki, azərbaycanlı milli fəal noyabrın 2-də molla rejimin məmurları tərəfindən yaxalanıb və bu günə kimi onun həbs səbəbi və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …