Cümə , Dekabr 27 2024
azfa

Azərbaycanlı milli-mədəni fəal Nasir Əlirzayi yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Nasir Əlirzayi yaxalanıb. Buna səbəb isə aprel ayının 26-da Təbrizdə rejimin məmurları tərəfindən 16 yaşlı qızın qətl xəbərini yaymaq olduğu bildirilir.

Yayılan məlumata görə, hadisə ilə əlaqədar azərbaycanlı milli-mədəni fəal Nasir Əlirzayi cümə günü internetə nəzarət edən kiber polisi tərəfindən saxlanılıb. Rejimin polis qüvvələri fəalı baş verən hadisə ilə bağlı guya şayiə yaymaqda günahlandıraraq onu aprelin 27-də öz şəxsi evində yaxalayıb.

Fəalın təsadüfi olaraq hadisə yerinə olduğunu və hətta polisə etiraz bildirdiyi qeyd edildir. Azərbaycanlı fəalın indi Təbrizin Saib küçəsində yerləşən polis bölməsində saxlandığı bildirilir.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın