Azərbaycanlı Türk milli-mədəni fəal Nasir Xülusi həbs edilib

GADTB-nin məlumatına görə Azərbaycanlı Türk fəal Nasir Xülusi 6 illik həbs cəzasını çəmək üçün iran adlanan yerin təhlükəsizlik orqanları tərəfindən tutulub. Məlumata görə, Təbriz şəhərindən olan azərbaycanlı Türk milli-mədəni fəal oktyabrın 30-da Urmiya İnqilab Məhkəməsinin çıxardığı həbs cəzasını çəkmək üçün təhlükəsizlik orqanları tərəfindən öz ata evində yaxalanaraq Təbriz Məhkəməsinə aparılıb.

Qeyd edək ki, heç bir cinayət işləməmiş və yalnız milli-mədəni fəaliyyətləri olan Nasir Xülusi 2017-ci il iyunun 28-də Urmiyə Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə” ittiham edilərək 6 il həbs cəzasına məhkum edilib.

Bildirək ki, Nasir Xülusi 2017-ci il yanvarın 23-də Təbrizdən Urmiya şəhərinə gedərkən saxlanılmışdı. O Təbriz İslam İnqilabı Keşikçilər Korpusu – “Sepah”-ın təknəfərlik kamerasında 21 gün saxlandıqdan sonra fevral ayının 13-də Təbriz zindanının karantin bölümünə köçürülüb, bir müddət sonra isə 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. Onun 23 gün müddətinə müvəqqəti həbsdə olduğu zaman fiziki və psixoloji işgəncələrə məruz qaldığı söylənilir.

Həmçinin yoxlayın

Bakıda İran Mədəniyyət Mərkəzi bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Bakıdakı “Mədəniyyət Mərkəzi”nin fəaliyyəti dayandırılıb. Bununla bağlı …

Molla rejimi Urmiya gölünə ayrılan milyonlarla pulu yeyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aktyor Rza Kianian molla rejimin Urmiya gölünə ayrılan …