Azərbaycanlı milli-mədəni fəal Səccad Sidqi saxlanılaraq sorğu-suala tutulub

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəal Səccad Sidqi dünən 2018-ci il fevral ayının 6-da bir neçə saatlığa irqçi fars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, sorğu-suala tutulub.

Bundan öncə isə cümə axşamı irqçi fars rejiminin təhlükəsizlik qüvvələri fəalla telefon əlaqəsi saxlayaraq, onu hədələmişlər. Məmurlar bildirmişlər ki, əgər onların təhdid və xəbərdarlığına diqqət yetirməsə kəskin şəkildə cəzalandırılacaq.

Qeyd edək ki, Səccad Sidqi daha əvvəllər Babək qalasında yaxalanmış və 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarovun “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın