Bazar ertəsi , İyul 4 2022
azfa

Azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini Evin zindanında koronovirusa yoluxub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini Evin zindanında koronovirusa yoluxub. Tohid Əmirəmini ilə birgə çox sayda məhbusun da omikron virusa yoluxduğu bildirlir.

Tehranın Evin zindanının 4-cü bölməsində həbsdə saxlamılan azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini yanvarın 29-da ailəsi ilə qısa telefon əlaqəsi zamanı koronovirusun Omikron ştammına yoluxduğunu bildirib.

Əmirəmini  özündən başqa onun saxlanıldığı bölmədə həbsdə saxlanılan çox sayda məhbusun da koronovirusa yoluxduqlarını deyib.

Məlumatda zindanın 4-cü bölməsində saxlanılan 20 məhbusudan götürülən analizlərin nəticəsinin müsbət olduğu və onların hamısının koronovirusun Omikron ştammına yoluxduğu qeyd olunub.

Evin zindanının həmin bölməində başqa azərbaycanlı siyasi məhbus Əkbər Nəiminin durumundan dəqiq məlumat əldə etmək mümkün olmasada, onun da koronovirusa yoluxması ehtimal edilir.

Qeyd edək ki, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 210 gün təkadamlıq kamerada işgəncə altında saxladıqdan sonra Evin zindanına köçürdü.

Azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü münasibətilə poster payladığı üçün Kyanuş Aslani ilə birlikdə yaxalanmışdır. Fəal indiyə qədər təkadamlıq kamerada işgəncə edilib.

Bir öncə isə Kyanuş Aslani Evin zindanına köçürülüb. Hazırda azərbaycanlı fəallar Tohid Əmirəmini, Kyanuş Aslani və Kazım Səfabəxş Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

İranın qəzeti daxili işlərinə qarışmaqla Azərbaycanı hədələdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran rəhbərinə bağlı radikal “Kayhan” qəzeti …

Ermənilər yenidən Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri …