Azərbaycan adının kökəni

GADTB: Azərbaycan, Atropaten. Son iki minildə bu adların etimologiyası haqqında ayrı-ayrı yazarlar müxtəlif yozumlar versə də, «akademik» tarix uzmanları birinci adın ikincidən törəməsi fikrindən ikiəlli yapışmışlar. Bu adlar arasında dolayı əlaqə olmasına baxmayaraq, onlar ayrı-ayrı mənşəli sözlərdir. Birinci ad etnotoponim kimi yaranmış, ikincisi isə titul bildirən «atropat» sözü əsasında formalaşmışdır; birinci adın kö¬kündə azər//asər boyadı, ikincinin kökündə isə «atəş» anlamlı atar//adur sözü durur. Bu fərqi aydın görmək üçün hər iki adın qədim mənbələrdə və sonrakı çağlarda ay¬r¬ı-ayrı xalqların dilində necə işləndiyini əks etdirən for¬maları gözdən keçir¬mək lazım gəlir. Siyasi-coğrafi anlamda Azərbaycan adı öncə Araz¬boyu əraziləri və Ur¬mu höv¬zəsini, sonralar isə Dər¬bənd, Bor¬çalı, İrəvan, Mosul-Kərkük, Həmədandan güney və doğu bölgələri də əha¬¬tə etmiş, bu sınırlar bəzi çağlarda böyümüş, yaxud daral¬mış¬, etnik-coğrafi an¬lamda isə ölkəadının əvvəllər daha geniş sınırları olmuşdur. Hətta, Azərbaycan adı¬nın Atropaten adından yarandığını deyənlər unudurlar ki, I Xosrov çağın¬da Atropaten Azərbaycanın daxilində olan vilayətlər sırasında verilir.

Azərbaycan adının semantikasını aç¬mağa yar¬dım edən formalarını izləmək üçün qədim pəhləvi (part), yunan, ərəb qaynaqlarını gözdən ke¬çirmək lazım gəlir.  Sasani sülaləsinin əsasını qoyan I Ardaşir (226-240) haqqında VI əsrdə yazılmış «Kārnāmaq ī Ardaxşīr ī Pabaqān», VI-VII əsr olayla¬rından bəhs edən yunan tarixçisi Feofilakt Simokattanın 628-638-ci illər arasında yazdığı «‘Ιστορίαι» və XIII əsrdə özündən əvvəl deyilmiş fi¬kirlə¬ri şərh edən ərəb yazarı Yaqut əl-Hə¬məvinin «Mu’cəm əl-buldən» (1224) kitablarında uyğun hissələrə baxaq:

1) «Ud Ardaxšir pad ān menin būd kū ō Arman ud Ādurbādaqān ša¬wam…»  (Və Ardaşir düşündü: «Ərmən və Adurbadaqana gedə¬rəm»).

2) F. Simokatta yazır ki, 590-da Xosrov atası Hörmüzdün tax¬tdan sa¬lın¬dı¬¬ğı¬nı eşidəndə oturduğu bölgədən Aðrabiqana (’Αδραβιγάνων) qaçdı. 

3) Yaqut əl-Həməvi bu adı partca «Od evi» kimi izah edənlərə qoşu¬l¬sa da, başqalarının fikrini və öz canlı müşahi¬dəsini də verir. O yazır ki, əş-Şəm¬ma¬xın şeirində Ażrəbican şəklində yazılan bu adı əl-Mü¬həllib Aż¬ri¬¬bi¬can, yerli əhali isə Ażribacan şəklində işlədir, bəziləri birinci hərf olan həmzəni məddə (uzun ā) kimi qəbul edir, dilçilərə görə bu ad Ażər və bican hissə¬lərindən təşkil olunduğu üçün adın nisbəsi (nisbi sifəti) birin¬¬ci hissəsindən ażri və ażəri şək¬lində düzəlir və ya ażərbi şəklində deyilir.   

Yaqut əl-Həməvinin yorumu qutsal Quran ilə də təsdiq olunur.  Belə ki Gaşiye sürəsi. 12-16-cı ayətlərdə Cənnətin təsviri verilərkən Uca yaradan belə buyurmuşdur:  …(12) Orada akan qaynaq vardır, (13) Orada ucaldılmış taxtlar vardır, (14) qoyulmuş kasalar, (15) sıra-sıra yastıqlar, (16) sərilmiş yumşaq tüklü xalılar vardır.

Burada yumşaq tüklü xalının Azərbaycan xalısı anlamında olması “əzərbi” (vəzarabiy) deyimi ilə ve¬ril¬mişdir və məşhur Qurani Kərim müfəssiri İbn Aşurun buna yorumu belədir ki, ərəb dilində alınma söz olan Zərbiyyə sözü Azərbaycana aiddir. 

Müxtəlif dilli qaynaq¬larda Azərbaycan adı Ażər¬bi¬qan və Atur¬pat¬kan variantlarına uy¬ğun deyimlər üzrə qeyd olunmuşdur. Qaynaqlarda əksər dillərdəki örnəklər Azərbigan adının müxtəlif yazılış formalarıdır, yalnız keçmiş fars və hay dillərində Atrupatkan adının variantları görünür ki, bun¬lardan da Azərbaycan adının yaranması dilçilik baxımından mümkün deyil. Ərəb istilasından son¬ra adın sonluğunda mə¬kan bil¬di¬rən -qan//-kan şəkilçisi ərəb deyiminə (q > c) uyğun olaraq -can forması almış, yalnız bir-iki fars-hay yazısında az işlənən Aturpat¬kan vari¬antı aradan çıxmış, onun yerini Azər¬biqan deyiminə yaxın olan Ażər¬baycan variantı tutmuş¬dur. Beləliklə, öl¬kə¬nin türk dili əsasında yaranmış Azərbi¬qan adı iran¬dilli (part-fars) mü¬hit¬də yaranmış Aturpatkan adını üstələmiş¬dir. Bu etnolinq¬vistik olayı nə¬zə¬rə almayan alimlər Azərbaycan adı¬nın eti¬mo¬logiyasından danışarkən bir-birindən fərqli yozumlar vermiş, xoronimi Atropat, Azərbaz və Babək kimi tarixi şəxs adları ilə bağlamaq istəyənlər də olmuşdur.  Halbuki, Azərbaycan adının tərki¬bin¬¬dəki Azər adı həmin şəxslərin yaşadığı çağdan daha qədim qaynaq¬larda vardır.  Bu xoronimi şəxs adına bağla¬maq gələnəyi Strabonla başlanmışdır. O, Atropatena adı¬nın Kiçik Mada ölkə¬si¬nin başçısı Atropat (΄Ατροπατησ) adından yaran¬dı¬ğını yazmış¬dır. Əgər Strabon Atropatena yox, Atropatkan//Aturpatkan adının özü yazdığı kimi Atropat adından yarandığını desəydi, onda bu fikiri müdafiə edən¬lə¬rə “kömək” etmiş olardı. Lakin onun Atropat dediyi adama ondan öncəki tarixçilər (Diodor, Arrian) Atrap demişlər.

Ölkəadının «Odlar yurdu» poetik deyimi də bəzi etimoloji yozuma öz psixoloji təsirini göstərmiş, part dilindəki atar «od» sözü ilə yaranan Atar-pat ilə türkcənin Azər-bi tərkibi eyni mənada yozulmuşdur. Adın ilk saitindən sonra gələn samitin ز (z) ilə yox, Xızır~Xıdır sözlərində olduğu kimi, dişarası ذ (ż/ð) ilə yazılması da müəyyən dolaşıqlıq yaratmışdır. Görünür, burada İran təqvimində işlənən «Azər ayı» deyimindəki azər sö¬zü¬nün də müəyyən təsiri olmuşdur, çünki vaxtilə farslar Viyaxna dediyi ayın adını sonralar asurlardan alınma Adar adı ilə əvəz etmiş və bunu da Adar > Azər dəyişiminə uğratmışlar.

Azər¬¬¬bay¬can adının part və türk variantı üzrə olan yo¬¬zum¬larını göz¬dən keçirsək, bu ölkəadını izah et¬mək istəyən yazarların onu fərqli pra¬for¬malarla bərpa etdiyini və adın anlamını xalq etimologiyasından tutmuş, mənasız söz yığımınacan çox fərqli anlamlarla verdiyini aydın görərik:

1) Farsca yozumlar:

*Atarbadkan (an-tar-bad-kan) «mağlar yurdu», «atəşpərəstlər ölkəsi» 

*Atarpatqan (atar-büt-qan) «tanrı odunun bulağı», «od tanrısının yeri» 

*Azərbaykan (azər-baykan) «od evi», «od qoruyucusu» (Yaqut  əl-Həməvi)

*Adərbadkan (adər-abadqan) «odla abadlaşmış ölkə (yaxud torpaq) 

2) Türkcə yozumlar:

*Azərbayqan (azər-bayqan) «böyüklərin/bayların uca yeri»  

*Adirpati (andir-pat-i) «dağlı-təpəli düzən yer», «dağ silsiləsi düzəni»  

*Azərbayqan (az-ər-bay-qan) «uğurlu, yaxşıistər Günəş, varlı ata» 

*Azəribayqan (az əri-bayqan?) «azəri yurdu» 

*Azərbiqan (az-ər-bi-qan) «azər boylarının ölkəsi» 

Göründüyü kimi, xoronimə çeşidli praforma və müxtəlif anlamlar ve¬ril¬mişdir. Bunların sırasına şəxs adları ilə verilən yozumları da əlavə et¬sək, bir daha aydın olar ki, adın etimologiyası çox dolaşıq salınmışdır. Ona görə də, Azərbaycan adının etimologiyasını sözün sonundan başla¬maq daha münasibdir, çünki həm türk (Azərbiqan), həm də fars deyimi (Atarpatkan) -qan//-kan sonluğu ilə işlənmişdir. Türk dillərində yorğan, alışqan, örkən, yelkən sözlərində olduğu kimi, -qan (-ğan,-kən,-gən) şəkilçisi kurqan, yar¬¬ğan tipli coğrafi terminlərin yaranmasında da iştirak edir. Bu şəkilçi sa¬qa türklə¬rin¬dən qopub irandilli boylarla qarışan partların dilin¬də (pəhləvi) Hindūkān (Hindistan), şahīqān (saray) kimi sözlərdə məkan bildirən ça¬la¬rını saxlasa da, -īqān//-īkān forması ilə toplu isimlər və -(a)qān/-(a)kān for¬ması ilə isimlərə qoşulub mənsubiyət çaları da yarat¬mış¬dır. Məsələn, bu şəkilçi M. Kaşğarinin «olar iki tavar satışqan alış¬qan¬lar ol» (onların ikisi da¬var alverçisidir) cümləsində verdiyi «alverçi» (alışqan-satışqan) sözün¬də olduğu kimi, part dilində də bazar sözünə qoşulub «alverçi» (vāzārqān) an¬la¬mı yarada bilir.

Ərəb istilasından sonra bəzi toponimlərin tərkibindəki bu şəkilçidə -qan > -can dəyişməsi baş vermişdir. Belə ki, Fərqanədə keçmiş Andiqan// Andukan bölgəadı sonralar Andican//Əndican şəklini aldığı kimi, Qurqan > Curcan, Balasağan >Balasacan tipli onlarla yeradı eyni dəyişik¬liyə¬ uğra¬mışdır. Ərzincan, Dilican, Zəncan, Əndican kimi sonu -can şəkil¬çili to¬po¬¬nim¬lər Anadolu, Güney Qafqaz, İran və Orta Asiya bölgələrində geniş yayıl¬mışdır.  Bu baxımdan, Azərbaycan adın¬dakı -can sonluğunun aydın etimologiyası var, onun qədim türk dilində coğrafi termin və etno¬topo¬nim yaradan *-qan şəkilçisi olması şübhə doğur¬mur. Beləliklə, hər iki adın türk¬mənşəli -qan şəkilçisini ayı¬randa xoronimin aşağıdakı hissə¬ləri qalır:

 a)  azərbi, azrəbi, azarbi, azərba, azərbay, adərbi

 b)  atarpat, atropat, adurbad, aturpat, atrpat

Adın bu hissəsində son heca olan -bi/-ba/-bay və -pat/-bad sözcük¬lərinin etimologiyası üzərində dayanaq. Birinci sıradakı «bi» forman¬tın¬dan yuxarıda «bölgəsəl sözlər» böl¬mə¬sində danışmış, onun «boy» anlamı ilə etnonimlərə qoşulduğunu gös¬tər¬mişdik.  Qədim mixi yazılarda qeyd edi¬lən Lulube/Lullume, Madape, Ellipi yeradlarında lulu-be, mada-be, elli-pi adları türk etnotoponimlərinin yaranmasında iştirak edən -bi şəkilçisini ortaya qoyur. Bu baxımdan, qədim çağlarda işlənmiş bod «boy» sözünün sonrakı şəkilçiləşmiş -be/-bi fonetik variantı ilə düzələn azər-bi bo¬yadı türk mühitində yalqız deyildir. Deməli, azər sözü boyadı olduğu üçün -bi şəkilçisi ona qoşula bilmişdir.

İkinci sıranı təşkil edən «pat» formantı isə iran dillərində qədim fars dilindən üzübəri «-çı» şəkilçisinin qarşılığı kimi işlənib «qoruyan», «başçı» anla¬mın¬da titul yaradan sözcük¬dür.  Y.Yusifov atropat sözünün baş kahin vəzifəsini də icra edən hökmdara məxsus dini rütbə bildirdi¬yini və iran dil¬lərində «od saxlayan» anlamı daşıdığını yazır.  Sasani çağında aturpat, sonralar daha çox adurbad şəklində işlənən atarpat sö¬zü¬ yunanca meta¬te¬zaya uğramış atropat (atrapat) fonetik variantı ilə yazıya alınmışdır.

Oda sitayiş çağlarında Azərbaycan tapınaqlarında atropat titulunu daşıyan onlarla şəxs ola bilərdi ki, bunlardan biri də Makedoniyalı İskə¬n¬dərə qarşı III Daranın qo¬şununda bir hissəyə başçılıq edən Kiçik Mada¬nın satrapı və dini baş¬çısı Atropat imiş. Görünür, tarxan, xan, sultan  kimi titul¬lar şəxs adına (antro¬ponimə) keçə bildiyi kimi, atrapat titulu da Atro¬pat şəxs adına çevrilmiş¬dir.  Bəzi yazarların Kiçik Madaya «Atropatın ölkəsi» deməsi qəribə gö¬rünməməlidir, Polibi də Azərbaycanı m.ö. II əsrdə hökm¬da¬rın adı ilə «Arta¬ba¬zanın vilayəti» adlandırır. Bu baxımdan, Atro¬pat adı¬na iran, yu¬nan, hay dillərinin məkan və mənsubiyət şəkilçilərinin qoşula bilməsi nor¬mal haldır:

 Atropat-(a)kan  «Atropatın ölkəsi» (farsca)

 Atropat-an   «Atropatlı ölkə» (farsca)

 Atropat-ena  «Atropat ölkəsi» (yunanca)

 Atropat-ak   «Atropatın ölkəsi» (partca)

 Atropat-uni-k, atropat-i-çi  «atropatlı(lar)» (hayca)

Göründüyü kimi, «Azər boylarının ölkəsi» anlamında Azərbiqan ad¬ı¬nın türk de¬yi¬mindən fərqli olaraq, fars, yunan, hay deyimi «Atro¬pa¬tın ölkəsi» anlamında Atarpatkan adına köklənmişdir.  Aşırı iranpərəstlər Azərbaycan adının Atropatın adından yarandığını «isbat» etmək istədik¬ləri kimi, bunun əksini söyləyənlər də olmuşdur. Guy Le Strange yazır ki, farsca Azerbâzegâh adını qreklər (yunanlar) təhrif edib Atropatene şək¬li¬nə salmışlar.  Bu yozumların ikisi də yanlışdır, çünki orta fars di¬lində olan Āturpātakān//Ādurbādaqān formasından Azərbaycan formasına keçid inan¬dı¬rıcı olmadığı kimi, daha əski Ātarpātkān forması da türkcə mövcud olan Azərbeqan formasına uyğunlaşıb artıq orta fars dili çağına qədər ortadan qalxmışdı. Həm də nəzərə almaq lazımdır ki, türk deyimi Azərbaycan ilə fars deyimi Atropaten ayrı-ayrı dil zəminində yaranaraq, ayrı-ayrı anlam daşı¬dığı kimi, onların coğrafi tutumu da fərqlənirdi. Belə ki, I Xosrovun vaxtında Azarbazqanın tərkibinə Ərməniyə, İberiya, Aran, Balasa¬kan, Si¬sa¬kan, Muğan, Deyləm və sair əyalətlərlə bərabər Atarpat¬kan da daxil idi. Hələ I Ardaşir çağında bütöv bu əyalətlərin hökmdarı Azarbazqan-şah ad¬la¬nırdı.  Göründüyü kimi, Atropatenanı da içinə alan Azərbaycan daha ge¬niş siyasi-inzibati və etnik-coğrafi anlam daşımışdır.

Firudin Cəlilov,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …