GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İraqın Kərkük şəhərində yerləşən, türk dilində təhsil verən məktəbi təmir edib
Bu barədə Azərbaycan Respublikasının İraqdakı elçisi Nasir Məmmədov özünün sosial media hesabında paylaşım edib.
“Bu gün Kərkük şəhərində yerləşən dahi Azərbaycan şairi Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimində iştirak etdik. Qeyd edək ki, Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür” – deyə paylaşımda bildirilib.