Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azırbaycanlı fəal Vəhid Əbhəri ETTELAAT idarəsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan azərbaycanlı mədəni fəal Vəhid Əbhəri molla rejimi tərəfindən ETTELAAT  idarəsinə çaırılıb.

Molla rejimin ETTELAAT idarəsinin əməkdaşı yanvarın 25-də Vəhid Əbhəriyə zəng edərək onun qeyd olunan idarəyə getməsini tələb edib.

Çağırışın səbəbi barədə mədəni fəala açıqlama verilməyib.

Qeyd edək ki,  2024-cü il noyabrın 23-də həbs edilərək Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinn yerli istintaq təcridxanasına aparılan Vəhid Əbhəri, noyabrn 28-də Təbriz həbsxanasına köçürülüb və dekabrın 3-də 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

O, bundan əvvəl də, mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …