Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Azərbaycan Milli Hərəkatı fəalı Əli Babayiyə qarşı sui-qəsd cəhdi

GADTB: «Demokratlar» kanalının yaydığı məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Əli Babayi Təbrizdən Quşaçay (Miyandab) istiqamətində hərəkət edərkən fiziki aradan götürmə cəhdinə məruz qalıb. Yaxınlarının bildirdiyinə görə, bu marşrut üzrə iki minik avtomobili onun avtomobilini təqib edib.

Məlumata əsasən, Quşaçayın Göytəpə kəndi yaxınlığında avtomobillərdən biri qəsdən bir neçə dəfə toqquşma yaradaraq Əli Babayinin avtomobilini yol kənarındakı dərəyə yönəltməyə və aşırmağa cəhd göstərib. Lakin bu cəhd uğursuz olub. Ardınca digər avtomobilin sərnişinlərindən biri ona doğru atəş açıb. Buna baxmayaraq, Əli Babayi bu sui-qəsddən sağ çıxıb.

Qeyd edək ki, Əli Babayi daha əvvəl 13 digər fəalla birlikdə ümumilikdə 89 ildən artıq həbs cəzasına məhkum edilmişdi. O, «Demokratlar» adlı qrupda üzvlük ittihamı ilə 2 il 9 ay, «ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik» ittihamı ilə isə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …