Çərşənbə , Noyabr 18 2026
azfa

Azərbaycan Prezidenti İrana əsassız iftiralarına görə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə İranın Azərbaycana qarşı əsassız iftiraları ilə bağlı xəbərdarlıq edib.

Prezident deyib ki, biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq.

Dövlət başçısı qeyd deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik:

“Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Həmçinin yoxlayın

May Sato: Müharibə dey ayı etirazları zamanı baş verənlərin unudulmasına səbəb olmamalıdır

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato Fransa parlamentində çıxışı zamanı bildirib: …

Netanyahu: İslam Respublikasının nüvə təhdidi İsrail sərhədlərində dayanmayacaq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …