Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycan qəhrəmanlarının məzarı Təbrizə köçürüləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan qəhrəmanları olan Məşrutə İnqilabının başçısı Milli Sərdar Səttarxanın və Şeyx Məhəmməd Xiyabanı məzarları Tehrandan Təbrizə köçürüləcək. Bu barədə Təbriz Şəhər Şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan çərşənbə günü açıqlama verib.

Məsudi Reyhan deyib: “Səttarxan və Şeyx Məhəmməd Xiyabanı Azərbaycanın tarixi şəxsiyyətləridir. Onların məzarının Təbrizə köçürülməsi ilə bağlı müəyyən işlər görülüb. Bələdiyyə İdarəsi bunun üçün cari ildə xüsusi büdcə də nəzərdə tutub və mən özüm şəxsən bu məsələni gündəmdə saxlayıram”.

Təbriz Şəhər Şurasının müavini Sonya Əndiş də Qulamhüseyn Məsudi Reyhanın sözlərinin təsdiqində deyib ki, “məqbərə tikmək və büdcə vəsaiti ayırmadan əvvəl bu işin hüquqi, qanuni və şəriət məsələləri aydınlaşıb və öz həllini tapmalıdır. Bundan sonra Bələdiyyə İdarəsi məzarların köçürülməsi və məqbərə tikmək üçün hərəkətə keçməlidir. İstənilən halda cari ildə tarixi şəxsiyyətlərimizin anılması ilə bağlı xüsusi büdcə vəsaiti nəzərdə tutulub”.

Qeyd edək ki, irqçi fars rejimi Azərbaycanın tarixi şəxsiyyətləri olan Səttarxanın məzarlarına Səttarxanın və Şeyx Məhəmməd Xiyabanı Tehranda məzarlarına qarşı laqeyd yanaşır. Məzarlar baxımsız vəziyyətdədir və bu məsələ Azərbaycan türk millətini narahat edir.

Həmçinin yoxlayın

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Bir cavab yazın