Azərbaycan və Şərqi Anadolu ərəbdilli müəlliflərin təsvirində (X – XIII əsrlər)

GADTB: Ərəbdilli mənbələr tarixi Azərbaycan torpaqlarını iki ad altında –“Arran” və “Azərbaycan” adı altında təqdim edirdilər. Lakin bir sıra hallarda onlar Arranı Azərbaycanın tərkibində vilayət kimi göstərirdilər. Ərəbdilli mənbələrə görə, Şəqri Anadolunun böyük bir hissəsi də Azərbaycan ölkəsini tərkibinə daxil idi.

Beləliklə, ərəbdilli mənbələrin verdiyi məlumata əsasən belə nəticəyə gəlmək olar ki, tarixi Azərbaycan torpaqları cənubda Zəncandan başlayaraq, şimalda Dərbəndə qədər, şərqdə Xəzər dənizi sahillərindən başlayaraq, qərbdə Tiflis şəhəri, Van gölü, Ərzincan və Dəclə çayı yaxınlığınadək olan əraziləri əhatə edirdi. Başqa sözlə, “Azərbaycan” tarixi-coğrafi anlayışı adı altında təqdim olunan ərazinin coğrafi hüdudları onun türkmənşəli əhalisinin məskunlaşdığı etnik sərhədlərlə demək olar ki, üst-üstə düşürdü.

Hər bir xalqın təşəkkülü və etnik tarixilə bağlı problemlər etnik və tarixi coğrafiya məsələləri ilə sıx şəkildə əlaqədardır. Bu məsələləri bir-biri ilə əlaqəli şəkildə öyrənmədən müəyyən tarixi dövrdə Azərbaycan ərazisində yaşamış əhalinin etnik tərkibini əsaslı şəkildə müəyyən etmək mümkün deyildir. Bu baxımdan orta əsrlər dövründə “Azərbaycan” tarixi – coğrafi anlayışı və onun hüdudlarının müəyyən edilməsinə və bu barədə elmi ədəbiyyatda indiyə qədər söylənilmiş fikirlərin yeni faktlarla daha da gücləndirilməsinə ehtiyac duyulur.

“Azərbaycan” məfhumu vahid bir coğrafi-siyasi anlayış kimi əsrlər boyu formalaşmış, onun hüdudları bu və ya digər səbəblərdən dəyişikliklərə məruz qalmışdır.

Yazılı qaynaqların məlumatlarına görə, tarixi Azərbaycan torpaqları Azərbaycan türklərinin yayıldığı ərazilərlə üst-üstə düşür. Ərəbdilli müəlliflərin əsərlərində verilən məlumatlara əsasən belə nəticəyə gəlmək olar ki, artıq Sasanilər, Ərəb xilafəti dövründə Azərbaycan dedikdə həm Araz çayından cənubdakı ərazilər, həm də Arran və Şirvan torpaqları da daxil olmaqla, Araz çayından şimaldakı Dərbəndə qədər uzanan ərazilər başa düşülürdü. Başqa sözlə, tarixi Azərbaycan torpaqları cənubda Zəncandan başlayaraq, şimalda Dərbəndə qədər, şərqdə Xəzər dənizi sahillərindən başlayaraq, qərbdə Tiflis şəhəri, Van gölü, Ərzincana və Dəclə çayı yaxınlığınadək olan əraziləri əhatə etmişdir. Beləliklə, indi Ermənistan adlandırılan ərazi, eləcə də hal-hazırda Gürcüstan Respublikasının və qardaş Türkiyə Cümhuriyyətinin tərkibindəki bəzi torpaqlar, yəni Şərqi Anadolu ərazisi tarixi Azərbaycan torpaqlarının hüdudları daxilində yerləşmişdir. Təsadüfi deyildir ki, ərəbdilli mənbələr Azərbaycan ölkəsindən bəhs edərkən onun qərb sərhədlərini adətən Rum (Bizans) hüduduları ilə bağlayırlar.

Lakin bir sıra tədqiqatçılar, xüsusilə İran tarixçiləri Arazdan şimaldakı torpaqların yalnız “Aran” və “Arran” adlandırıldığını və Azərbaycana aidiyyəti olmadığını qeyd edirlər. Başqa sözlə, onlar Araz çayından şimaldakı torpaqların “Azərbaycan” adlandırılmasına qarşı çıxırlar. Məsələn, S.Ə. Kəsrəvi iddia edir ki, qədim dövrlərdən bu iki ərazi bir-birindən ayrı olmuş və heç vaxt “Arran” ərazisinə “Azərbaycan” deyilməmişdir (1, 176). İran tarixçiləri hətta 1918-1920-ci illərdə Şimali Azərbaycanda mövcud olmuş müstəqil dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin bu cür adlanmasının doğru olmadığını iddia edirlər.

1. Cənubi Qafqaz, o cümlədən “Arran” Azərbaycan ölkəsinin ayrılmaz tərkib hissəsidir

Ərəblərə qədərki mənbələrin və elmi ədəbiyyatın verdiyi məlumatlardan belə bir qənaətə gəlmək olar ki, özünəməxsus fərqli xüsusiyyətlərə baxmayaraq, Araz çayının şimalı ilə cənubu arasında daimi və sıx əlaqələr mövcud olmuş bu da öz növbəsində vahid Azərbaycan türk xalqının formalaşmasında böyük rol oynamışdır. Təsadüfi deyildir ki, Arazdan cənubda olan bir sıra yaşayış məntəqələrinin adlarına Şimali Azərbaycan ərazisində də rast gəlinir.

651-ci ildə Sasanilər dövləti ərəb qoşunlarının zərbələri altında süqut etdi. Bu zaman Azərbaycan torpaqları da Ərəb xilafəti tərəfindən fəth edilərək onun tərkibinə iki vilayət – “Azərbaycan” və “Arran” vilayətləri olaraq daxil edildi. Lakin ərəb mənbələri həmin ərazilərdən vahid ölkə kimi bəhs edərkən onu məhz “Azərbaycan” adlandırırdılar.

Ərəbdilli müəlliflər öz əsərlərində indiki Şimali Azərbaycan ərazisindən heç vaxt “Albaniya” və yaxud “Ağvan” kimi bəhs etməmişlər. Onlar elə ilk dövrdən başlayaraq bu əraziyə ya “Arran”, ya da “Azərbaycan” demişlər. Biz bir sıra ərəbdilli mənbələrdə Araz çayından şimaldakı torpaqlarımıza həm “Arran”, həm də “Azərbaycan” deyilməsi faktına dəfələrlə rast gəlirik.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, əsərlərində Əhəmənilər, Makedoniya və Parfiya dövlətləri haqqında məlumat verən müəlliflər həmin dövrdən bəhs edərkən yalnız “Azərbaycan” (“Azərbayqan”) anlayışından istifadə etmişlər.

Qeyd etmək lazımdır ki, IX-XIII əsrlərdə yaşamış ərəbdilli müəlliflər Azərbaycan, Arran və Ərminiyyəni, adətən vahid hökmdar tərəfindən idarə edilən vahid iqlim kimi göstərir, iqlimin daxilində onların hər birinin hüdudlarını ayrı-ayrı vilayətlər şəklində izah edirdilər. Lakin bu vilayətlərin hüdudları bəzən bir-biri ilə qarışdırılırdı.

İran tarixçiləri öz tədqiqatlarında tarixi Azərbaycanın bu iki vilayətindən bəhs edərkən ilkin mənbələrdən yalnız özlərinin istəklərinə uyğun gələn faktları ön plana çəkərək, şimal torpaqlarımıza Arranla yanaşı Azərbaycan da deyilməsinə dair çoxsaylı faktların üstündən sükutla keçmişlər. Bu baxımdan onların bir çoxlarının əsərlərində rast gəlinən “bütün mənbələrdə birmənalı şəkildə Arazdan şimaldakı torpaqlara heç vaxt Azərbaycan deyilməmişdir” (2, 61) iddiası yalnız təəccüb doğurur.

Azərbaycanın şimal hüdudlarının Dərbəndə qədər uzanması, bütün Cənubi Qafqazın, o cümlədən Arranın Azərbaycanın tərkibində olması və bütün bölgənin “Azərbaycan” adlanması haqqında ilkin məlumatlardan birinə Xəlifə ibn Xəyyat əl-Usfurinin əsərində rast gəlirik. O, yazır:

فغزإ مسلمة سنة إحدى و تسع ن ي إل رتك ح ر ت بلغ إلباب من نحوإذربيجان

Tərcüməsi: “91-ci (709-cu) ildə Məsləmə türklərə qarşı yürüş etdi və Azərbaycan tərəfdən əl-Baba çatdı” (3, 303).

Göründüyü kimi, burada müəllif əl-Babı, yəni Dərbəndi Azərbaycanla bağlayır. Onun əsərində Arazın həm şimalından, həm də cənubundan bəhs olunarkən tez-tez Azərbaycan adından istifadə edilir.

İbn Xordadbeh öz əsərinin bir yerində yazır ki, I Xosrovun dövründə Azərbaycan torpaqlarında “şah” titulu alanlardan biri də “Şirvanşah” (“Şiryanşah”) idi (4, 17-18). İbn əl-Fəqih yazır: “Azərbaycan Bərdədən Zəncanadək olan ərazini tutur (5-100, 37-38). X əsr ərəbdilli ədəbiyyatın görkəmli nümayəndələrindən sayılan Qudama ibn Cəfər Bərdəni Azərbaycanın paytaxtı adlandırır (5, 45).

Əsəm əl-Kufi “Kitab əl-Futuh” (“Fəthlər kitabı”) əsərində VII əsrdə baş vermiş hadisələrdən bəhs edərkən Araz çayından şimalda yerləşən torpaqları gah Arran, gah da Azərbaycan adlandırmışdır (6, 212).

Əl-Yəqubi özünün “Kitab əl-Buldan” (“Ölkələrin kitabı”) əsərində Azərbaycanın hüdudlarını Zəncandan Varsana, Beyləqana, Bərdəyə qədər uzatmış, Bərdə və Varsanı Azərbaycan mahalları sırasına aid etmişdir (5, 34; 7, 47). Digər tərəfdən bəzi ərəbdilli mənbələrdə Şimali Azərbaycanla bağlı tez-tez “Ucqar Azərbaycan” ifadəsindən də iştifadə olunmuşdur. Məsələn, əl-Firuzabadi öz lüğətində “Bərdənin Ucqar Azərbaycanda yerləşdiyini” qeyd etmiş (8, 702), Arranı “Azərbaycanda yerləşən iqlim” (إقليم باذربيجان ) (8, 1175) adlandırmıdır. Bunun əksinə olaraq, bir sıra ərəbdilli mənbələrdə Cənubi Azərbaycan “Yaxın Azərbaycan”, “Ən yaxın Azərbaycan” kimi təqdim edilmişdir. Məsələn, ət-Təbəri öz əsərində h.76-cı (695-ci) il hadisələrindən bəhs edərkən Cənubi Azərbaycanı “Yaxın Azərbaycan” adlandırmışdır (9, 232).

Ət-Təbərinin əsərinin X əsrə aid fars dilindəki tərcümələrindən birində “Azərbaycan və Dərbəndin fəthi” adlı xüsusi fəsil vardır. Həmin fəsildə Azərbaycanın şimal sərhəddi aydın şəkildə Dərbənd sayılır. Orada deyilir ki, Həmədan və Zəncandan Dərbəndə qədər olan şəhərlərin hamısı Azərbayqana (Azərbaycana) aid edilir (10, 80). Ət-Təbərinin “Tarix” əsərinin orjinalında da Dərbəndin məhz Azərbaycanın şimal sərhəddi olmasına dəlalət edən çoxsaylı faktlara rast gəlirik (11, 105). Məsələn, xəzərlərin hücumlarından bəhs edən ət-Təbəri onların ərəbləri məğlub edərək, Dərbənddən Azərbaycana daxil olduğunu və yaxud ərəblərin xəzərləri Dərbənddə məğlub edərək onları Azərbaycandan çıxardıqlarını dəfələrlə qeyd edir. VIII əsrdə baş vermiş hadisələrdən bəhs edərkən isə o, Azərbaycanın şimal sərhədinin məhz Dərbənd şəhəri olduğunu qətiyyətlə bildirir (12, 67). Məsələn, müəllifin əsərində h. 89-cu (707-ci) ilə aid aşağıdakı sözlərə rast gəlirik:

“غزإ مسلمة بن عبد إلملك إل رتك ح ر ت بلغ إلباب من ناحية آذربيجان ففتح حصونا و مدإين هنالك “

Tərcüməsi: “Məsləmə ibn Əbdu-l-Malik türklərə qarşı yürüş etdi, Azərbaycan tərəfdən əl-Baba çatdı və orada qalalar və şəhərlər fəth etdi”(12, 67).

“Nahiyə” (“nəhiyə”) sözünün ərəb dilində müxtəlif mənalarda (nahiyə, tərəf, qonşu, yer) işləndiyini nəzərə alsaq həmin epizoddakı “Azərbaycan tərəfdən əl-Baba çatdı” cümləsini “Azərbaycan nahiyələrindən olan əl-Baba çatdı” şəklində də tərcümə etmək olar. Lakin hər iki halda məsələnin mahiyyəti dəyişmir və burada eyni anda iki fakt öz əksini tapır: Azərbaycanın şimal hüdudunun Dərbənd olması və Azərbaycanda türklərin məskunlaşması. Ət-Təbəri h.91-ci (709-cu) ilə aid hadisələrdən bəhs edərkən yenə oxşar ifadələr işlədərək, Azərbaycanın şimal sərhədinin məhz Dərbəndə qədər uzandığına işarə etmişdir (11, 105; 12, 74-75). Əz-Zəhəbi yazır: “91-ci (709-cu) ildə Məhəmməd ibn Mərvanı əvəz edən Məsləmə türklərin üzərinə hücum edərək “Azərbaycan dənizi tərəfdən əl-Baba çatdı” (13, 312). Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, əz-Zəhəbi Xəzəri “Bəhru Əzərbəycən” (بحر إذربيجان ), yəni “Azərbaycan dənizi” adlandırır.

Nəşvan ibn Səid əl-Himyərinin “Muluku Himyər və əqyalu-l-Yəmən” (“Himyər padşahları və Yəmən hökmdarları”) adlı əsərində də Arazdan şimalda yerləşən və Dərbəndə qədər uzanan bütün torpaqlar “Azərbaycan türklər ölkəsinə” aid edilmişdir (14, 65). Burada “Bab” (Dərbənd) Azərbaycan ölkəsinin şəhəri kimi göstərilmiş və “türk şəhəri” adlandırılmışdır (14, 66).

Əl-Məsudi öz əsərində bəzi hallarda Arranı Azərbaycanın tərkibində göstərmiş, “Azərbaycan ölkəsindən olan Arran” إلرإن من بلاد إذربيجان( ) ifadəsini işlətmişdir (15, 177).

Ərəbdilli müəlliflərin əsərlərində rast gəldiyimiz bu qarışıqlığın əsas səbəbi Arran və Azərbaycanın coğrafi, siyasi və iqtisadi baxımdan bir-biri ilə sıx bağlı olmasıdır. Diqqəti cəlb edən digər məqam budur ki, söhbət indiki zonalara bölgü şəklində ayrı-ayrı vilayətlərdən gedərkən Arran və Azərbaycan ayrılıqda, vahid bir ölkədən gedərkən isə onlar bir yerdə, özü də məhz Azərbaycan adı altında göstərilirdi.

İndi də Arran və Azərbaycanın hüdudları ilə bağlı daha maraqlı fikirlər söyləmiş ibn Havqəlin məlumatlarına nəzər yetirək. İbn Havqəl öz əsərində Arrandan həm ayrılıqda, həm də Azərbaycanın tərkibində bir vilayət kimi həhs etmişdir. İbn Havqəl öz əsərinə “Xəzər dənizi” adlı xəritə də daxil etmişdir. Müəllif həmin xəritəni izah edərkən yazır:

و كتب موإزيأ لساحل إلبحر إلأعلى إلغزية ثم يلى ذلك موإزيأ للساحل إلخزر ثم آذربيجان ثم

إلجيل ثم طرتستان

Tərcüməsi: “Dənizin yuxarı hissəsində sahilboyu “əl-Ğuziyyə” yazılmışdır, onun ardınca isə sahilboyu əl-Xəzər, Azərbaycan, Cil, Təbəristan gəlir” (16, 386).

Burada söhbət sırf coğrafi anlayış kimi başa düşülən Azərbaycan ölkəsindən gedir. Deməli, bu, yalnız siyasi xarakter daşımır. Onun təqdim etdiyi xəritəyə diqqətlə baxdıqda məlum olur ki, Dərbəndə qədər Xəzər ölkəsinin sərhədləri, Dərbənddən Cilin (Gilanın) sərhəddindəki Səmiranadək isə Azərbaycan ölkəsinin sərhədləri uzanır. Bu xəritədə Bab əl-Əbvab (Dərbənd), Qafqazın cənub ətəkləri, Kür və Araz çayları, Muğan ərazisi məhz Azərbaycanın tərkibində göstərilmişdir.

Yeri gəlmişkən, onu da qeyd etmək istərdik ki, bir sıra xristian müəlliflər bəzən Qafqazı “Atropaten” və yaxud “Atropat” dağları, ərəbdilli müəlliflər isə “Azərbaycan dağları” adlandırırlar. Məsələn, Feofilakt Simokatta (VII əsr) yazır ki, 590-cı ildə hakimiyyət uğrunda mübarizədə məğlub olan Xosrov Pərvizin tərəfdarları ona “öz həyatını xilas etmək üçün Qafqaz və yaxud Atropat dağlarına çəkilməyi məsləhət görmüşdülər” (17, 106). Ərəbdilli müəlliflərdən əl-Məqdisi isə əsərinin III cildində I Yəzdigerdin oğlu Bəhram Gurun Dərbənddən Azərbaycana daxil olan xəzərlərlər və türklərlə döyüşündən bəhs edir. Bu məqamda o, Qaqaz dağlarını “Azərbaycan dağları” (جبال إذربيجان – cibəl Əzərbəycən) adlandırır (18, 164).

IX-X əsrlərdə yaşamış bəzi müəlliflər öz əsərlərində “Arran” məfhumundan ümumiyyətlə, istifadə etməmiş, yalnız “Azərbaycan” coğrafi anlayışı ilə kifayətlənmişlər.

Əl-İdrisi Arran və Azərbaycandan ayrı-ayrılıqda bəhs edir və Bərdəni Arranın paytaxtı adlandırır (5, 150). Lakin o, bir sıra hallarda Arran ərazisinin Azərbaycanın tərkibində olduğuna işarə edir. Məsələn, onun əsərində aşağıdakı sözlərə rast gəlirik: “Xəzərin şimalında Xəzər ölkəsi, qərbində isə Azərbaycan yerləşir” (19, 12). Əl-İdrisi tərəfindən h.549-cu (1154-cü) ildə çəkilmiş xəritədə tarixi coğrafiya ilə bağlı digər maraqlı faktlara da rast gəlinir. Həmin xəritə və digər ərəbdilli müəlliflərin əsərlərində rast gəlinən xəritələr 1928-ci ildə K. Miller tərəfindən nəşr olunmuşdur. Haqqında bəhs olunan xəritəni şərh edən K. Odər yazır ki, burada Qafqaz dağlarından Kürə qədər olan “Şirvan” ərazisi “Azərbaycan ərazisi”, Kür çayı ilə Araz çayı arasındakı ərazi “Azərbaycan ərazisinin davamı”, Cənubi Azərbaycan isə “Azərbaycan ölkəsi” kimi göstərilmişdir (20, 20).

XIII əsr müəlliflərindən Səid əl-Məğribi yazır: “Araz çayı Azərbaycanı (iki) hissəyə bölür” ( نهر إرإس يشق

إذربيجان ) (21, 188). O, Şirvanın da Azərbaycana aid olduğunu qeyd edir (21, 188). XIII əsrdə yaşamış ərəbdilli müəlliflərdən ibn Xallikan öz əsərində Bərdəni Azərbaycanın vilayət mərkəzi olan şəhərlərindən biri adlandırmış və onun Aranda yerləşdiyini göstərmişdir (22, 250). Başqa sözlə, o, Arranın Azərbaycanın tərkibində bir vilayət olduğuna işarə etmişdir. İbn Xəldun da Arranı Azərbaycanın tərkibində göstərmiş və Cənubi Azərbaycanı Şimali Azərbaycandan fərqləndirmək üçün onu “Ədnə Əzərbəycən” (“Yaxın Azərbaycan”) adlandırmışdır (23, 193). Sonrakı dövrdə yaşamış bir sıra müəlliflərin əsərlərində də Dərbənd Azərbaycanın şimal sərhəd məntəqəsi kimi göstərilmişdir.

2. Şərqi Anadolu Azərbaycanın qərb hüdudları daxilində

Bir sıra yazılı qaynaqların verdiyi məlumatlara görə, Şərqi Anadolunun bir hissəsi Azərbaycan ölkəsinin qərb hüduduları daxilində idi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, ərəblərin Bizans inzibati-idarə sisteminə uyğun Cənubi Qafqazda və Şərqi Anadoluda tətbiq etdiyi “Ərminiyyə” inzibati bölgüsünə Qafqaz hüdudlarından kənarda olan “əl-Ərmən” ölkəsi daxil deyildi. Bu anlayışın bir inzibati-ərazi bölgüsü kimi əsl mahiyyəti elmi ədəbiyyatda öz əksini tapmışdır (24, 52-57). “Ərminiyyə” haqqında məlumat verən ərəbdilli müəlliflər (ibn Xordadbeh, əl-Yəqubi, ibn əl-Fəqih və b.) bu inzibati bölgünün tərkibində “əl-Ərmən ölkəsi”ni yada salmırlar (25, 36). Başqa sözlə, “Ərminiyyə” inzibati termini ilə “əl-Ərmən” coğrafi terminləri başqa-başqa ifadələrdir.

Əl-İstəxrinin əsərində “erməni” (“əl-ərmən”) ifadəsi ilə “Ərminiyyə” ifadəsi arasındakı fərq açıq-aşkar diqqəti cəlb edir: “Ərminiyyə, Arran və Azərbaycana gəlincə, biz onları bir xəritədə cəmləşdirib, vahid iqlim etdik. Şərqdən onu əl-Cibəl, əd-Deyləm, Xəzər dənizinin qərbi, qərb (tərəfdən) əl-Ərmən və əl-Lan hüdudları, əl-Cəzirə sərhədlərinin bir hissəsi, şimaldan əl-Lan və Qabq dağları, cənubdan əl-İraq və əl-Cəzirə sərhədlərinin bir hissəsi əhatə edir” (26, 108). Göründüyü kimi “əl-Ərmən ölkəsi” və “Ərminiyyə” bir-birindən fərqli anlayışlardır. Başqa sözlə, burada “Ərminiyyə” nisbi sifətdir və yalnız sonradan inzibati cəhətdən “əl-Ərmənə” aid edilmişdir mənasını verir. Beləliklə, “Ərminiyyə” ifadəsinin etnik-coğrafi baxımdan “əl-Ərmən”ə, “Ərminiyyə” və “Ərmən” ifadələrinin isə əsl adları “haylar” olan etnosa heç bir aidiyyəti yoxdur. Təsadüfi deyildir ki, 1918-ci ildə öz müstəqilliklərini elan etmiş haylar dövlətlərini Ermənistan deyil, Ararat Respublikası adlandırmış, bununla da “Ərminiyyə” anlayışının onlara aid olmadığını etiraf etmişlər.

Ərəbdilli müəlliflər öz əsərlərində Şərqi Anadolunun bir hissəsini Azərbaycan ölkəsinin tərkibində göstərirdilər. İrəli sürdüyümüz fikirlərin doğruluğuna tam əmin olmaq üçün ibn Havqəlin əsərinin birinci hissəsindəki “Dünya atlası” adlanan birinci paraqrafa müraciət edək. Müəllif burada bir sıra ölkələrin təsvirini verdikdən sonra qeyd edir:

ثم تلوتها بصورة إذربيجان و شكلت ما فيها من إلجبال و إلطرق و إلآنهار إلعذبة كا لرس و إلكر إلى أن رسمت بح تة خلاط و بح تت

كبوذإن و كلتاهما غ تمتصلت ن ي ب ى ش من إلبحار و أثبت فيها جبل إلقبق.

Tərcüməsi: “Sonra Azərbaycanın xəritəsini dərc etdim, oradakı dağları, yolları, Kür, Araz kimi şirin sulu çayları, həmçinin Xilat və Kəbuzan göllərini də təsvir etdim. Bu göllərin hər ikisi heç bir dənizlə birləşmir, elə oradaca mən Qabq dağını göstərdim” (27, 7).

Göründüyü kimi, ibn Havqəl Azərbaycan hüdudlarını faktiki olaraq müasir dövrdə Azərbaycan və Şərqi Anadolu türklərinin yayıldığı ərazilərlə üst-üstə düşdüyünü göstərir. Onun şimal sərhədlərini Qafqaz dağları, qərb sərhədlərini isə Van gölünün hüdudları ilə əlaqələndirir.

Ərəb xilafəti tənəzzülə uğradıqda onun ərazisində, o cümlədən tarixi Azərbaycan torpaqlarınada bir-birinin ardınca Sacilər, Salarilər, Şəddadailər və Rəvvadailər dövləti yarandı.

X əsrin əvvəllərində Zəncənan Dərbəndə qədər, demək olar ki, bütün tarixi Azərbaycan torpaqları əvvəl Sacilər, sonra isə Salarilər dövlətini tərkibinə daxil idi.

İbn Hövqəl özünün “Kiab surət al-ard” (“Yerin təsviri kitabı”) adlı əsərində Sacilər dövlətinin milli mənsubiyyəti, yəni onun məhz Azərbaycan dövləti olması və bu dövlətin əsasını təşkil edən Azərbaycan ölkəsinin hüdudları haqqında ətraflı məlumat verir və onu Rum hüduduları ilə bağlayır.

Müəllif, “Ərməniyyə, Azərbaycan və Arran” adlı paraqrafda Azərbaycan dövlətçiliyi ilə bağlı olan çox mühüm məlumat verir: فل ن تجع إلى حد بلد إلروم غربآ فنصف ما صاقبها إلى آخر إلأسلام ن ف حد إلم ى شق، وإلذى أبتدى به إ رمنيه وإلرإن

وإذربيجان و قد جعلتها إقليمآ وإحدآ لأنها مملكة إنسان وإحد فيما شاهدته سائر عمرى و ما نقلت إلأخبار به لمن تقدم ن ت كا بن أ رب إلساج و مفلح

غلامه و ديسم إبن شاذلويه و إلمرزبان بن محمد إلمروف بالسلار إنفآ و سالفآ لمثل إلفضل إبن يح ت و عبد الله بن مالك إلخزإعى و غ تهما.

Tərcməsi: “İndi də biz qərbə doğru Rum ölkəsinin sərhədlərinə qayıdaq, onun şərq sərhədlərində və qonşuluğunda olan İslam ucqarlarını təsvir edək. Onun təsvirinə Ərminiyyə, Arran və Azərbaycan ölkələrindən başlayıram. Mən onlara vahid iqlim kimi yanaşıram. Çünki mənim gördüyümə görə bu iqlim bir şəxsin hakimiyyəti altındadır. Əldə edilmiş məlumatlara əsasən, son zamanlarda ibn Əbu Sac, onun qulamı Müflih, Deysəm ibn Şədluye və Salar kimi tanınmış Mərzban ibn Məhəmməd kimiləri orada hakimiyyətdə olmuşlar. Keçmişdə isə Fəzl ibn Yəhya, Abdullah ibn Malik əl-Xəzai və başqaları oranın hakimi olmuşlar (16, 331).

İbn Havqəlin təqdim etdiyi məlumatda diqqəti cəlb edən əsas məqam “Bu iqlim bir şəxsin hakimiyyəti altındadır” ifadəsini işlətməsidir. İbn Havqəl bir qədər sonra öz fikirini daha da dəqiqləşdirərək həmin hökmdarların məhz “Azərbaycan hökmdarları” olduğuna işarə edir. Müəllif yazır ki, Qafqaz dağlarında və ətraf ərazilərdə xırda hökmdarlar vardır. O, bu fikrini aşağıdakı sözlərlə davam etdirir:

وكان أكش هؤلأ إلملوك عليهم كال ن ضإئب إلقائمة وإللوإزم تحمل ن ف كل سنة إلى ملوك أذربيجان.

Tərcüməsi: “Bu hökmdarların əksəriyyəti hər il Azərbaycan hökmdarlarına müəyyən miqdarda daimi vergi və digər ləvazimatlar aparırlar” (16, 348).

Ibn Havqəl başqa bir yerdə “boyaqotu” adlı bitkidən bəhs edrək yazır:

و هذه إلفؤة ن ف جميع بلد إلرإن من حد باب إلأبوإب إلى تفليس و قرب نهر إلرس إلى نوإحى خزرإن وهى مملكة تحت يد صاحب

إذربيجان.

Tərcüməsi: “Bu qızılboya (boyaqotu) Bab əl-Əbvab hüdudlarıdan Tiflisədək bütün Arran ölkəsində, ər-Rass çayı yaxınlığından Xəzərlərin nahiyələrinədək Azərbaycan hökmdarının hakimiyyəti altında olan bütün ərazilərdə vardır” (16, 347).

Göründüyü kimi, müəllif Azərbaycan dövlətinin hüdudlarının şimalda Dərbəndədək, qərbdə Tiflisədək uzandığını qeyd etmişdir. Sacilər və Salarilərdən sonra Naxçıvan və indi Ermənistan adlanan bütün ərazilər digər bir Azərbaycan dövlətinin – Şəddadilərin trəkibində olmuşdur. Sacilər və Salarilər kimi Şəddadilər də mənbələrdə Azərbaycan dövləti adlandırılır. Təsadüfi deyildir ki, bir müddət Gəncədə sarayda yaşamış Qətran Təbrizi və Naxçıvanda yaşamış Əsədi Tusi Şəddadi hökmdarlarını “Turan hökmdarı”, ondan asılı olan Naxçıvan əmrini “Naxçıvanşah”, “Aranşah” adlandırırlar (28, 86).

Yazılı mənbələr Sacilər, Salarilər, Şəddadilər, Böyük Səlcuqlar (1038-1157) və Atabəylər dövründə (1136-1225) indiki Ermənistan adlanan ərazini və Şərqi Anadolunun bir hissəsini Azərbaycanın tərkibində vilayət olduğunu birmənalı şəkildə sübut edir. Məsələn, ibn əl-Əsirin, ibn Xəldunun, əl-Qalanisinin əsərlərində “Arrana aid Ani şəhəri” (mədinət Ani min bilədi Arran), “Dvin – o, Azərbaycanın axırıncı şəhərlərindəndir, sonra isə ər-Rum gəlir” (“Dvin va hiyə bəldə min axir bilədi Azərbaycan, mimmə yəli biləd ər-Rum”) kimi ifadələrə rast gəlirik (29, 93). Bu dövrdə Xilat və Ərzincan Atabəylər ailəsinin xassəsi idi (29, 95).

XIII əsr müəlliflərindən Yaqut əl-Həməvi “Mucəm əl-buldan” əsərində Azərbaycanın sərhədlərini belə təqdim edir:

وحد أذربيجان من برذعة م ى شقا ؤلى إرزنجان مغربا.

Tərcüməsi: “Azərbaycanın sərhədi şərqdə Bərdədən, qərbdə Ərzincana qədərdir” (30, 172).

Şübhəsiz, Yaqut əl-Həməvinin bu məlumatı Ərəb xilafəti dövründən etibarən Şərqi Anadolunun Azərbaycanın qərb hüduduları daxilində olduğunu göstərən mühüm faktdır.

Nəticə

Beləliklə, ərəbdilli müəlliflərin əsərlərində verilən məlumatlara əsasən aşağıdakı nəticələrə gəlmək oalar:

1. VII – XIII əsrlərdə Azərbaycan dedikdə həm Araz çayından cənubdakı ərazilər, həm də Arran və Şirvan torpaqları da daxil olmaqla, Araz çayından şimaldakı Dərbəndə qədər olan ərazilər, yəni indiki Azərbaycan Respublikasının ərazisi başa düşülürdü.

2. İndiki Gürcüstan Respublikasının, Tiflis şəhəri də daxil omaqla, bir hissəsi Azərbaycanın şimal-qərb hüdudularına daxil idi.

3. Hal-hazırda Ermənistan adlandırılan bütün torpaqlar Azərbaycanın qərb hüdudularını təşkil edirdi.

4. Göstərilən ərazilərlə yanaşı, müasir dövrdə qardaş Türkiyə Cümhuriyyətini tərkibində olan Şərqi Anadolunun böyük bir hissəsi də Azərbaycan ölkəsinin hüduduları daxilində idi

Beləliklə, tarixi Azərbaycan torpaqları cənubda Zəncandan başlayaraq, şimalda Dərbəndə qədər, şərqdə Xəzər dənizi sahillərindən başlayaraq, qərbdə Tiflis şəhəri, Van gölü, Ərzincan, Dəclə çayı yaxınlığınadək olan əraziləri əhatə etmişdir.

Ədəbiyyat

1. 150 ص. ، إحمد ، شهريارإن گمنام. تهرإن، 0821 كشوي سيد

2. إيرإن و قفقاز)إرإن و ى شوإن(. نوشته ، گردإوإري و تنظيم دك رت برويزورجاوند. تهرإن: ن ى ش

278 ص. . قطره، 0267

3. إلعصفري، خليفة بن خياط. تاريخ خليفة بن خياط،، إلرياض، 0214 ه 0874 م. 517 ص. –

4. . Ибн Хордадбех. Книга путей и стран / Пер. с араб., коммент., исслед., указ, и карты Н. Велихановой. Баку: Элм, 1986, 428 с.

5. Vəlixanlı N.M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974, 220 s.

6. إلك ي ، إبو محمد بن إعثم، كتاب إلفتوح. إلجزءإلسابع و إلثامن. ب توت،

و ن ف 0300 ه 0880 م. 342 ص. – 7. إليعقور ي ب،

إحمد بن إبو يعقوب بن جعفر بن وهب إبن وإضح إلكاتب إلعبا ي س. كتاب إلبلدإن، ليدن،

048 ص. ، بمطبع بريل، 0751

8 0411 ص. . إلف توز إبادي، محمد بن يعقوب مجدإل ن ي. إلقاموس إلمحيط. دمشق، موسسة إلرسالة، 0315 ه

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları

138

9. إلطرتي، إبو جعفر محمد بن جرير، تاريخ إلامم و إلملوك، إثنا ع ى ش جزءإ، بالمطبعة دإرإلمعار بمض،إلجزء إلسابع، إلقاهرة، 172

ص.

10. 0021 ص. . رئيس نيا رحيم، آزربايجان در س ت تاريخ إيرإن. بخش إول و دوم. ت رتيز، 0257

11. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Elm, 1989, 334 s.

12. إلطرتي، إبو جعفر محمد بن جرير، تاريخ إلمم و إلملوك، إثنا ع ى ش جزءإ، بالمطبعة إلجسينية إلمضية، إلجزء إلثامن، إلقاهرة،

210 ص.

13. إلذهر ي ت، شمس إلدين إبو عبد الله مدمد بن إحمد بن عثمان. تاريخ إلاسلام و وفيات إلمشاه ت و

إلاعلام. إلمجلد إلثالث. ب توت، دإر إلغرب إلاسلا ي م، 0313 ه 1112 م، 0177 ص. –

14. 127 ص. . إلحم تي، نشوإن بن سعيد. ملوك حم ت و إقيال إليمن ب توت 0867

15. إلمسعودي، إبوإلحسن ع ي لى بن إلحس ن ي بن ع ي لى. مروج إلذهب و معادن إلجوهر، إلجزء إلاول، ب توت.

إلمكتبة إلعضية، 0214 م، 185 ص.

16. إبن حوقل، إبو إلقاسم إلنصر ي ت. كتاب صورة إلآرض. إلطبعة إلثانية. إلقسم إلثا ن ب. طبع ن ف

176 ص. ، مدينة ليدن، بمطبعة بريل سنة. 0828

17. Симокатта Феофилакт. История. Перевод С.П. Кондратьева. Москва:

Наука, 1957, 224 с.

18. إلمقد ي س، إلمطهر إبن طاهر. كتاب إلبدء و إلتاريخ، إلجزء إلثالث، إلقاهرة ، مكتبة إلثقافة

إلدينية، 0314 ه، 111 ص.

19. 0001 ص. ي إخرتإق إلافاق، إلقاهرة،

، كتاب نزهة إلمشتاق ن ف يف إلادري ي ش إل ى ش 0311 ه،

20. Oder K. Azerbaycan. İstanbul: Boğaziçi Yayınları, 1982, 180 s.

21. 154 ص. ، إلمغرر ي ب، سعيد. كتاب إلجغرإفيا. ب توت، 0861

22. ي ، ب توت، دإرصادر،

وت، إلجزء إلثا ن ب 446 ص. . أبن خليكان. وفيات إلاعيان و إنباء إبنا إلزمان، ب ت 0857

23. إبن خلدون، عبد إلرحمن بن محمد. تاريخ ي تاريخ إلعرب و إل رتبرو عاصرهم من ذوي

ن ف إبن خلدون إلمسم ديوإن إلمبتدإ و إلخرت

740 ص. . إلشان إلاكر ت. إلجزء إلاول. ب توت، دإرإلفكر. 0310

24. Велиханова Н.М. Изменение исторической географии Азербайджана в результате арабского завоевания / Историческая география Азербайджана. Баку: Элм, 1987, с. 46-87.

25. Vəlixanlı N.M. Naxçıvan – ərəblərdən monqollaradək (VII-XII əsrlər). Bakı: 2005, 152 s.

26. إلاصطخري إبو إسهق إبرإهيم بن محمد إلفار ي س . إلمسالك و إلممالك. إلقاهرة، دإر إلقلم،

0270 ه 0850 م، 104 ص. –

27. إبن حوقل، إبو إلقاسم إلنصر ي ت. كتاب صورة إلآرض. إلطبعة إلثانية . إلقسم إلآول. طبع ن ف مدينة ليدن، بمطبعة بريل سنة.

140 ص. ،0856

28. Vəlixanlı N.M. Naxçıvanın VII – XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda. Naxçıvan: Əcəmi, 2015,

29. Буниятов З.М. Этнополитические рубежи Азербайджана в период правления Ильденизидов / Историческая география Азербайджана. Баку: Элм, 1987, c. 93-96.

30. 01 ص. +851 ، معجم إلبلدإن. إلمجلد إلاول، طهرإن، 0854 إلحموي ياقوت

Dos. Dr. Ramil Ağayev

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın