Çərşənbə , Mart 12 2025
azfa

Azərbaycandan Fransa səfirinə sərt cavab

GADTB: Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona cavabında deyib.

O qeyd edib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür ki, yeni üsuldur:

“Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir”.

A.Hacızadə vurğulayıb ki, real göstəricisi isə əslində budur:

“Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)”.

Həmçinin yoxlayın

Azərbaycanın müxtəlif şəhərlərində telekommunikasiya təqaüdçüləri yenidən aksiya keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün, çərşənbə axşamı telekommunikasiya təqaüdçüləri yenidən Azərbaycanın …

NATO Avropa Birliyinin təhlükəsizliyinin Türkiyədən asılığı olduğuna etiraf etdi

GADTB: NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini …