Cümə , Aprel 26 2024
azfa

Azərbaycandan Kanadaya etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası Kanadaya nota göndərib. Bu barədə Azərbaycan Respublikası XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Hacıyevin sözlərinə görə, 2017-ci il sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş, bununla da XİN tərəfindən adları “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Kanada Parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderlə bağlı Kanadadakı Səfirliyimiz Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota ünvanlayıb:

“Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olmuş cavab notasında Kanadanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilir. Həmçinin Kanadanın “Dağlıq Qarabağ Respublikası” və ya onu təmsil edən “rəsmiləri” tanımadığı bildirilir və Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır.

Bu xüsusda, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş Kanada Parlamentinin iki üzvünün Kanada hökuməti adından səfər etmədiyi və Kanada hökumətinin bu plan barəsində öncədən xəbərdar edilmədiyi bildirilir”.

XİN rəsmisinin sözlərinə görə, Notada həmçinin Kanadanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarına girişlə bağlı Azərbaycanın siyasətindən məlumatlı olduğu, bu səbəbdən öz vətəndaşlarını işğal edilmiş ərazilərə səfərlərdən çəkinməyə çağırdığı və Azərbaycan hökumətinin razılığı olmadan bu kimi səfərlərin Azərbaycan Respublikasının qanunlarına əsasən qeyri-qanuni olduğu qeyd olunur.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın