GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı təqaüdçülər etiraz aksiyalarında “And ola Səttar xana, biz gələrik Tehrana” və s. şüarlar səsləndiriblər.
İyunun 8-də Təbrizdə baş tutan aksiya zamanı müxtəlif maraqlı şüarlar səsləndirilib. Belə ki, narazı təqaüdçülər “And olsun Səttar xana, biz gələrik Tehrana”, “Daş başına Rəisi” və s. belə şüarlar səsləndirərək hakimiyyətə etirazlarını bildiriblər.
Qeyd edək ki, Güney Azərbaycanın Təbriz şəhəri başda olmaqla, digər bir sıra şəhərlərdə təqaüdçülər iyunun 6-dan etibarən ardıcıl olaraq etiraz aksiyaları keçirirlər.
Küçə yürüşləri şəklində başlayan nümayişlər daha sonra şəhər bələdiyyəsinin önündə davam edib.