GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Əhəd Alui 30 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb. Azərbaycanlı fəal irqçi fars rejimi tərəfindən şərlənərək nizam əleyhinə təbliğdə ittiham edilib.
Qeyd edək ki, Babək Qalası Qurultayı ərəfəsində həbslər zamanı Əhəd Alui öz iş yerində irqçi fars rejimin məmurları tərəfindən yaxalanmışdı.
Rejim Babək Qalası Qurultayı ərəfəsində Güney Azərbaycanda 100 nəfər yaxın azərbaycanlı fəalı yaxalamış, yüzlərlə fəalı isə hədələmişdi.