Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəal Aydın Məhəmmədi prokurorluğa çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi dünən azərbaycanlı milli fəal Aydın (Süleyman) Məhəmmədini Tehran İnqilab Prokurorluğunun 5-ci İstintaq şöbəsinə çağırılmaqla bağlı bildiriş göndərib.

Məlumata görə, azərbaycanlı fəal barəsində irəli sürülən “milli təhlükəsizliyə qarşı fəaliyyət” ittihamından özünü müdafiə etmək üçün 5 gün ərzində həmin prokurorluğa getməlidir.

Qeyd edək ki, hüquq fakültəsi öyrəncisi, şair və yazıçı-jurnalist Aydın (Süleyman) Məhəmmədi bu il fevralın 5-də həbs edilərək, Tehranda Evin zindanının 209-cu bölməsinə köçürülmüş və bir neçə həftə sonra isə 800 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …