Cümə , Oktyabr 23 2026
azfa

Azərbaycanlı fəal Mehdi Qəməri Benisli zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk dilində təqvim çapı ilə bağlı irqçi fars rejimi tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal və öyrənci Mehdi Qəməri Benisli mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, irqçi fars rejimi azərbaycanlı milli-mədəni fəallar Mehdi Qəməri Benisli, Behnam Nurməhəmmədi və Yasin Ərfəini türk dilində təqvim çap etdiklərinə görə qanunsuz həbs etmişdi.  Fəallardan Behnam Nurməhəmmədi və Yasin Ərfəi hər biri 50 milyon tümənlik vəsiqə girov qoymaqla Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıblar.

İndi isə Azərbaycanlı fəal Mehdi Qəməri Benisli mülki vəsiqə qarşılığında zaminə buraxılıb

Qeyd edək ki, İranın irqçi fars rejimi o dərəcə də irqçi və diktator olub ki, bir millətə öz dilində təqvim çap etməyi də cinayət hesab edərək, təqvimi çap edənləri həbs edir. Bu dərəcədə rasizm isə dünyanın heç yerində qeydə alınmayıb.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın