Çərşənbə , Oktyabr 21 2026
azfa

Ermənilər Şahbulaq qalasına xaç çəkməklə qalanı saxtalaşdırmağa çalışıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənilər Azərbaycanın Şahbulaq qalasına xaç çəkməklə qalanı saxtalaşdırmağa çalışıblar.

Bununla bağlı Azərbaycanın mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Şahbulaq qalası barədə paylaşım edib.

O, bu barədə “Twitter” hesabında yazıb.

“Bu, 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli Xan tərəfindən inşa edilən, bu yaxınlarda azad edilmiş Ağdamda yerləşən Şahbulaq qalasıdır.

Şahbulaq ən yaxşı memarlıq müdafiə nümunəsi  kimi tanınıb. Erməni işğalı zamanı dəyişikliyə məruz qalıb, divara xaç işarəsi quraşdırıldı”, – deyə A.Kərimov qeyd edib.

https://twitter.com/Anar_Karim/status/1330786872063369216/photo/3

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın