GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan əyalətinin Əbhər şəhərindən olan ictimai fəal və fotoqraf Səidə Muradi Səfərabad zəncanda zindanın karantin bölməsinə köçürülüb.
Azərbaycanlı xanım yanvarın 18-də mühakimə edilərək 6 ay həbs cəzasına məhkum edilib.
Səidə Muradi Səfərabad məhkəmə məmurları tərəfindən yaxalanaraq zindana köçürülüb.
Qeyd edək ki, 2022-ci il sentyabrın 20-də etiraz aksiyaları ilə bağlı yaxalanan tanınmış fotoqraf Səidə Muradi təcridxanada dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdə.