Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycanlı fəallar Ərdəbildə həbsdə olan fəal Abbas Lisaninin ailəsi ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal həbsdə olan tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsini Ərdəbildə cümə günü 2019-cu il dekabr ayının 20-də ziyarət ediblər.

Qeyd edək ki, Abbas Lisani yanvarın 15-də irqçi fars rejim tərəfindən şərlənərək əsassız ittihamlarla yaxalanmışdır. Daha sonra rejimin Ərdəbildə yerləşən sabiq prokuroru və hazırda Ədliyyə İdarəsinin rəisi olan Nasir Ətibbatinin sədrliyi ilə keçirilmiş apellyasiya məhkəməsində Abbas Lisaniyə qarşı çıxarılmış 8 illik həbs cəzası 15 ilə qaldırılmışdı.

Cənab Abbas Lisani məhkəmədə hakimə xitabən demişdir:

 “Hökm nə olur olsun! Hətta ömürlük həbs və ya edam.

Bir addım da geri çəkilməyəcəm.

Məndən sonra cismimdən 1 hüceyrə belə qalsa, o da millət və vətənim Azərbaycan uğrunda mübarizə aparacaq.”

1967-ci ildə doğulmuş və Ərdəbil sakini olan azərbaycanlı fəal Abbas Lisani apardığı 20 ildən artıq mübarizə müddəti ərzində dəfələrlə rejim tərəfindən həbs edilərək, işgəncə və sürgünə məruz qalmışdır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın