Bazar ertəsi , May 6 2024
azfa

Azərbaycanlı fəallar Ərdəbildə tibbi məzuniyyətə buraxılmış Abbas Lisani ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli fəal Ərdəbildə fevralın 13-də tibbi məzuniyyətə buraxılan azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə görüşüblər.

Keçirilən grüşdə azərbaycanlı milli fəallar onun sağlıq durumu ilə maraqlanıb, Güney Azərbaycanda, bütövlükdə bölgədə baş verən ictimai-siyasi proseslərdən söhbət açılıb.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevralda 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Abbas Lisanini müayinə edən Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun bel sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu bildiriblər.

Tibbi Ekspertiza Mərkəzinin həkimlərinin rəyində yazılıb: “Məhbusa altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb .

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …