Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı fəallar Sulduzda kürd terrorrizminə qarşı şüarlar səsləndirdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz (Nəqədə) şəhərində 2000 nəfərlik idman zalında keçirilən voleybol yarışında milli şüarlar səsləndirilib.

Azərbaycanlı milli fəallar həmçinin Qərbi Azərbaycan vilayətinin bir sıra bölgələrində silahlı kürd qruplaşmaların və onlara bağlı mühacir kürdlərin torpaq iddialarına etiraz ediblər.

Sulduzda minifutbol oyunu tərəfdarları sayına görə rekord vurub. Belə ki, Sulduzun “Paydarbeton” komandası “Milan”la yarış zamanı tutumu 2000 nəfər olan zala 3000 azərbaycanlı tərəfdar gələrək yarış boyunca milli şüarlar səsləndiriblər:

Zala toplaşan azərbaycanlılar “Bu torpaqdan pay olmaz, Sulduz Kürdüstan olmaz”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Yaşasın Azərbaycan” və başqa bu kimi şüarlar səsləndiriblər.

https://www.youtube.com/shorts/I4UzQ3f4MKQ

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …