Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanlı fəallar Sima Əlipur və Davud Şiri mühakimə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən çərşənbə axşamı günü Təbrizdə İnqilab Məhkəməsinin 2-ci bölməsində azərbaycanlı milli fəallar Sima Əlipur və Davud Şirinin məhkəmə işi üzrə məhkəmə iclası keçirilib.

Milli fəal xanım Əlipur 6 iyun 2022-ci il tarixində ETTELAAT Nazirliyinin əməkdaşları tərəfindən şəxsi evində həbs edilərək ETTELAAT-ın təcridxanasına aparılıb.

ETTELAAT Nazirliyində şərait və qadın mühafizəçilərin olmaması səbəbindən Əlipur gecə saatlarında Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Həmin azərbaycanlı milli fəal 7 günlük həbsdən sonra Təbrizdə rejimin mərkəzi zindanına köçürüldü və sonra 1 milyard riyal girov müqabilində Təbrizdə mərkəzi zindanından sərbəst buraxılıb.

Xanım Əlipur etiraz əlaməti olaraq saxlandığı müddətdə aclıq aksiyası keçirib, lakin həbsxanaya köçürüldüyü gün huşunu itirdiyindən aksiyasını dayandırmaq məcburiyyətində qalıb.

Azərbaycanlı milli fəal Davud Şiri sonuncu dəfə 19.05.2022-ci ildə Təbrizdə qardaşı Əyyub Şiri ilə birlikdə yaxalanıb və iki həftə 40 milyon tümən girov müqabilində sərbəst buraxılıb.

Daud Şiri son iki onillikdə dəfələrlə həbs edilib və həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …