Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Roozbeh Piri zindana salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbriz sakini, jurnalist, tərcüməçi və Azərbaycan Öyrənci Hərəkatının fəalı Roozbeh Piri cəzasını çəkmək üçün Təbriz Mərkəzi Zindanına salındı.

Qeyd edək ki, azərbaycanlı fəal Roozbeh Piri terrorçu sepahın kəşfiyyatı tərəfindən noyabr etirazlarından bir gün sonra atasının evinə basqın edilməklə qardaşı Yaşarla birlikdə yaxalanmışdır. Fəalların bütün şəxsi əşyaları da müsadirə edilmişdir.

Fəallar sepahın Kəşfiyyat İdarəsinin istintaq təcridxanasında və Təbriz Mərkəzi Zindanında üç aya yaxın müvəqqəti saxlandıqdan sonra 6 fevral 2020-cu ildə girov qarşılığında zaminə buraxılmışdılar.

Məhkəmədə şərlənən fəallara qarşı aşağıdakı ittihamlar irəli sürülmüşdür:

1. Milli təhlükəsizliyi pozmaq üçün qruplara və fraksiyalara qoşulma

2. Sistemə qarşı çıxmaq

3. Sistemə qarşı təbliğat

4. Vəzifəborcunu yerinə yetirən dövlət məmuruna tabe olmamaq

5. İxtişaş yaratmağa cəhd və səs-küy salmaq

Terrorçu sepahın iki qardaşa qarşı qaldırdığı iddia əsnasında rejimin İnqilab və Cinayət Məhkəmələrində fəalların ittihamlarına baxıldı.

İxtişaş yaratmağa cəhd və səs-küy salmaq ittihamına alternativ cərimələrə çevrilə bilən yetmiş qamçı ilə birlikdə səkkiz ay bir gün həbs cəzasına məhkum edilmiş və 20 milyon rial cərimə edilmişlər.

Ayrıca İnqilab Məhkəməsinin 2-ci şöbəsində hakim Əhrarın sədrliyi ilə aşağıdakı ittihamlar araşdırılmışdı:

1. Milli təhlükəsizliyi pozmaq üçün qruplara və fraksiyalara qoşulma

2. Sistemə qarşı çıxmaq

3. Sistemə qarşı təbliğat

Roozbeh Piri 10 ay həbs cəzasına məhkum edilmiş, Apelyasiya Məhkəməsi tərəfindən onun cəzası üç ay bir gün həbs cəzasına endirilmişdir.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın