Cümə axşamı , Mart 13 2025
azfa

Azərbaycanlı milli-mədəni fəallar mərhum İbrahim Cəfərzadə ailəsini məzarı başında andılar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəallar dünən mərhum İbrahim Cəfərzadə və ailəsini məzarı başında anıblar.

Mərhumun məzarı üstünə toplaşan azərbaycanlı fəallar onun həyatı və milli-mədəni fəaliyyəti barədə çıxış edib, onun və ailə üzvlərinin ruhunu dualar oxuyublar. Azərbaycanlı fəallar Cəfərzadə ailəsini dərin ehtiralmla yad edib, məzarlarının üzərinə gül dəstələri qoyublar.

Azərbaycanlı fəallar sonda Azərbaycanın milli marşısını oxuyaraq mərasimi sona çatdırıblar.

Qeyd edək ki, İbrahim Cəfərzadə 2011-ci ildə həyat yoldaşı Mina Kəhrubayi və azyaşlı övladı Ayla ilə birlikdə yol qəzasında həyatını itirib. O Güney Azərbaycanın tanınmış milli fəallarından olub. Cəfərzadə ailəsinin həmin üç üzvü Xoy şəhərinin Biləvar qəsəbəsinin qəbiristanlığında dəfn olunub.

Həmçinin yoxlayın

Təbrizdə tibb işçiləri etiraza qalxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə bir qrup tibb işçisi Nisfirah …

Türk Dövlətləri Təşkilatının bayrağının yenilənməsi ilə bağlı mərasim keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatının yenilənən bayrağına keçidlə bağlı rəsmi …

Bir cavab yazın