Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani tibbi məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevralda 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

azərbaycanlı siyasi məhbusu müayinə edən Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun bel sütununda ciddi problemlərin olduğunu və uzun müddətli müalicəyə ehtiyacı olduğunu bildiriblər.

Tibbi Ekspertiza rəyində yazılıb: “Abbas Lisaniyə 6 ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb .

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …