Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb. Lisani avqustun 13-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub.

Tibbi məzuniyyətdə olan Abbas Lisani 6 aylıq məzuniyyət müddətinin bitdiyi üçün avqustun 13-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub.

Azərbaycanlı siyasi məhbusun məzuniyyət müddəti Ərdəbil şəhərinin məhkəmə-tibbi ekspertizası və Lisaninin mütəxəssis həkimi dr.Rəhimi Məmqaninin təqdim etdiyi müalicə prosesi barədə rəyi əsasında uzadılıb.

Ərdəbil İnqilab Məhkəməsinin icra şöbəsinin rəisi Abbas Lisaniyə bildirib ki, yoxlamaların təfərrüatları məhkəmənin bildiriş sistemi vasitəsilə ona göndəriləcək. 

Müxtəlif xəstəliklərdən, o cümlədən bel sütununda ciddi problemin olduğundan əziyyət çəkən azərbaycanlı siyasi məhbus əməliyyat olunub və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun uzun müddətli müalicəyə ehtiyacı olduğu barədə arayış verdikdən sonra o, mayın 23-dən 6 aylıq tibbi məzuniyyətə buraxılıb.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …