Azərbaycanlı siyasi məhbus Ruzbeh Piriyə qarşı təzyiqlər davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Ruzbeh Pirinin bölməsinin dəyişdirilməsi ilə bağlı təsdiq olunan qərar heç bir əsas göstərilmədən ləğv edilib.

Azərbaycanlı siyasi məhbus məhbusların cinayətlərinə görə, təsnifatlandırılması barədə qanuna zidd olaraq zindanda narkotik istifadəçiləri və qaçaqmalçıları ilə birlikdə həbsdə saxlanılmasına etiraz etmişdi. Ruzbeh Piri bundan öncə martın 30-da sağlamlıq durumuna görə yerinin dəyişdirilməsi ilə bağlı zindan rəhbərliyinə müraciət edib.

Azərbaycanlı siyasi məhbusun haqlı tələbindən bir müddət sonra o zindanın 12-ci bölməsinə köçürsələr də iki saatdan sonra o yenidən həmin bölməyə qaytarıb.

Zindan rəsmiləri Pirinin etirazına cavab olaraq köçürülməsi barədə çıxarılan qərarın yanlış olduğunu bildiriblər.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan” qırıcısının F-35-dən üstün olacağı bildirilir

GADTB: “Türkiyənin “Kaan” milli döyüş təyyarəsinin yaradılması layihəsinə investisiyalar hazırda ümumilikdə 2 milyard dollar təşkil …

İran İrəvandakı Göy məsciddən öz siyasi məqsədləri üçün istifadə edir

GADTB: İrəvan xanlığı dövründə tikilən və Azərbaycanın mədəniyyət incisi sayılan Göy məscid indi İran hökuməti …