Çərşənbə axşamı , Aprel 14 2026
azfa

İranın Azərbaycana qarşı müstəmləkə siyasətinə etiraf; Azərbaycana çox az büdcə ayrılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycana qarşı müstəmləkə siyasəti o qədər artıb ki, artıq rəsmilər də etiraf etməyə məcbur olublar.

Şərqi Azərbaycan vilayətinin Ticarət Palatasının sədri Yunis Jailə ölkənin maddi qaynaqlarından bu vilayətə çox az büdcə ayrıldığını deyib.

Jailə deyib: “Ölkə əhalisinin 4,8 faizi əyalətimizdə yaşayır. Lakin Şərqi Azərbaycanın ölkə büdcəsindən payı yalnız 2.6 faizdir. Bir çox çətinliklər, enerji infrastrukturunun yetərsiz olması, maliyyə mənbələrinin çatışmazlığı səbəbindən vilayətimizdə özəl sektor inkişaf edə bilmir”.

Ticarət Palatası və iş adamlarının son bir ildə 6 trilyon tümən vergi ödədiklərini deyən Jailə, bunun qarşılığında diqqət görmədiklərini söyləyib. O, İran Milli Mis Şirkətinin 600 milyard avro dəyərində olduğunu, verginin isə Şərqi Azərbaycan vilayətindən alınaraq Kerman əyalətinə xərcləndiyini deyib. Palata sədri bununla yanaşı bir sıra şirkət və mədənlərin ölkə səlahiyyətlilərinin yaxınlarına verildiyini, onların adlarının isə rəsmi olaraq qeyd olunmadığından danışıb.

Yunis Jailə hazırda Şərqi Azərbaycan əyalətində və Təbrizdə mövcud iqtisadi durumun acınacaqlı olduğunu diqqətə çatdıraraq deyib: “Təəssüflə hər zaman yanlış olaraq Təbrizi birincilər şəhəri kimi düşünüb bununla fəxr etmişik. Bu belə deyi, hər zaman Təbrizi əm son sıralarda saxlayıblar”.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …