
GADTB: Azərbaycanlı teatr sənətçisi və rejissorluq ixtisası üzrə məzun Sayna Münsif baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Əslən Ərdəbildən olan Sayna Munsif 2001-ci il 29 dekabr tarixində anadan olmuş və yaradıcılıq fəaliyyətini teatr sahəsində davam etdirmişdi.
O, türk dilində çəkilmiş “Kömür” filminin rejissoru, kino və televiziya montajçısı İsmayıl Münsifin qızı idi.
Hadisədən sonra Azərbaycan Müstəqil Kino Fəalları türk və fars dillərində yaydıqları başsağlığı bəyanatında İsmayıl Münsif və ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Bəyanatda qeyd olunub: “İsmayıl Münsif İran və Azərbaycanın köklü və dəyərli kino xadimlərindən biridir. Övlad itkisi bir ata üçün yaşana biləcək ən ağır dərddir.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi