Cümə axşamı , Sentyabr 24 2026
azfa

Azərbaycanlı ziyalı Əkbər Azad zindana köçürüldüyünü xəbər verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ziyalı Əkbər Azad yaxalandıqdan sonra zindana köçürüldüyünü xəbər verib.

Tehranda yaşayan azərbaycanlı yazıçı və tanınmış hərəkatçı Əkbər Azad avqustun 12-i Axşam saatlarında ailəsi ilə telefon əlaqəsi saxlaya bilib. Bu, onun saxlanılandan ilk telefon əlaqəsidir.

Əkbər Azad telefon danışığında Tehran zindanının karantin bölməsinə yerləşdirildiyini bildirb.

Qeyd edək ki, azərbaycanlı ziyalı Əkbər Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən yaxalanıb.

Yaxınlarının bildirdiyinə görə, o, zəmanət vəsiqəsini dəyişdirmək üçün Dövlət və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə getmişdi. Məhkəmə məsulları onun zəmanət vəsiqəsinin dəyişdirilməsi ilə  razılaşmayıb və onu həbs ediblər.

Əkbər Azad 2014-cü ildə isə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …