Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlılar Xoy şəhərinə səfər edən Ruhaniyə etiraz etdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu gün 2018-ci il noyabr aının 19-da səhər saatlarında Xoy şəhərinə səfər işğalçı və irqçi fars rejimin prezidenti Həsən Ruhani azərbaycanlıların etirazı ilə qarşılaşıb.

Məlumata görə rejim məktəbləri tətil elan edib və işçilərlə, məktəbliləri məcburi şəkildə avtobuslarda qarşılama mərasiminə gətirib.

Lakin azərbaycanlı gənclər rejimin və onun prezidentinin irqçi siyasətinə etiraz etdilər. Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, əhali rejimin səsləndirdiyi şüarlara tabe olmayıb və xüsusilə Ruhani və İranla bağlı səsləndirilən şüarlara “Yaşasın” cavabı vermək yerinə “Tiraxtur” səsləyib və ana dilində təhsil tələb ediblər.

Gənclər həmçinin qırmızı kart göstərməklə Ruhani və irqçi rejimə öz etirazlarını bildiriblər. Həmçinin gənclər bozqurd işarəsi göstəriblər.

Azərbaycanlı gənclər və məktəblilər rejimə etiraz olaraq, İran bayrağını ayaq altına atıb tapdayıblar.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın