Cümə axşamı , İyun 25 2026
azfa

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib.

Onun uzun sürən xəstəlik nəticəsində mayın 27-də Məşhəd şəhərində həyatını itirdiyi bildirilib.

1954-cü ildə Sarabda anadan olan Əhməd Əsgərpur (Peyam Sarablı), ilk və orta təhsilini orada başa vurmuş, həmin dövrdən Azərbaycan dili və mədəniyyəti sahəsində fəaliyyət göstərmişdir.

Sonralar Məşhəd şəhərinə köçən ədəbiyyatçı, bu şəhərdəki ictimai və mədəni fəaliyyətinin mühüm bir hissəsini də “Xorasan teatrının inkişafında azərbaycanlı mühacirlərin rolu” mövzusuna həsr olmuş araşdırmalar təşkil edir.

O, bu sahədə “Şifahi teatr tarixi” üslubunda yüzlərlə saatlıq geniş müsahibələr hazırlamış və dəyərli faktlar toplamışdır.

“Məşrutə hərəkatı” və “Azərbaycan folkloru” mövzuları sarablı ədəbiyyatçının ən çox sevdiyi və araşdırdığı sahələr arasında xüsusi yer tutur. Onun bu istiqamətdəki çalışmalarının bəhrəsi kimi, fars dilində hazırlayıb nəşr etdirdiyi “Kitabname-ye Məşrutiyyət” və tərcümə etdiyi “Azərbaycan folklor rəqsləri” adlı əsərlərini nümunə göstərmək olar.

Əhməd Əsgərpur (Peyam Sarablı) bundan əlavə İlham Rəhimlinin “Təbriz Azərbaycan teatrı” kitabını da ərəb qrafikasına köçürərək nəşr etdirmişdir.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …