Cümə , Sentyabr 25 2026
azfa

Bəşəriyyəti bəlaya salan Çin koronavirusla bağlı aparılan tәdqiqatları hәdәfə alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bəşəriyyəti bəlaya salın yüz minlərlə insanın ölümünə səbəb olan Çin indi də koronavirusun mənşəyi və ya müalicəsi ilə bağlı aparılan tədqiqatları hədəf alıb.

Amerika Birlәşmiş Ştatlarının Federal Tәhqiqat Bürosu vә Daxili Tәhlükәsizlik Nazirliyi yeni növ koronavirusla bağlı tәdqiqat aparan mәrkәzlәrә bununla bağlı xәbәrdarlıq edib.

Yeni növ koronavirus epidemiyası ilә bağlı tәdqiqat aparan qurumların Çin hakerlәri tәrәfindәn hәdәf alındığı irәli sürülüb.

Mәlumatda Çin rəhbərliyi ilə əlaqəli olduğu bildirilәn  hakerlərin  virusla bağlı  tәdqiqat aparan qurumları hədəf aldığı vurğulanıb. ABŞ-ın Federal Tәhqiqat Bürosu  qurumlardan mәlumatlarını qorumalarını vә tәhlükәsizlik tәdbirlәri görmәlәrini istәyib.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın